Məhkəmə qərarları › İş №2(075)-1597/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1597/2021

29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1597/2021 29.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada BOKT "xxxx" MMC-nin xeyrinə 2434.33 manat əsas, 49.37 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2483.87 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat bank xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli Kredit (restrukturizasiya) müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 2434.33 manat məbləğində kredit vermişdir. 19 dekabr 2019-cu il tarixli Kredit (restrukturizasiya) istehlak müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmin tarixdə BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda cavabdehlər Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Odur ki, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, işin məhkəmədə baxıldığə dövrdə cavabdehlər tərəfindən ödənişlər olmuşdur. Hazırda cavabdehlərin BOKT "xxxx" MMC-yə 2250.46 manat əsas, 33.24 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2283.87 manat borcları vardır. Odur ki, iddianın həmin həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 15296/2 saylı Kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik faiz dərəcəsi 1 faiz olmaqla 2434.33 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 götürdüyü 2434.33 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 60 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 15296/2 saylı zaminlik müqavilələrinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 bank qarşısında 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli, 160 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə 2250.46 manat əsas, 33.24 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2283.87 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli, 15296/2 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən Cavabdeh1 kredit verilmiş, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 19 dekabr 2019-cu il tarixdə BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdehlər tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq onlar müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT "xxxx" MMC tərəfindən cavabdehlərə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. İddia ərizəsi verilərkən iddiaçı cavabdehlərdən 2434.33 manat əsas, 49.37 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2483.87 manat borcun tutulmasını tələb etsə də, hazırda iddianı 2250.46 manat əsas, 33.24 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2283.87 manat borc hissəsində müdafiə edir. Bu səbəbdən də BOKT "xxxx" MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 472.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2250.46 manat əsas, 33.24 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2283.87 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat bank xərci müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 2250.46 manat əsas, 33.24 manat faiz və 0.17 manat cərimə borcu olmaqla, cəmi 2283.87 manat məbləğində borc, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat bank xərci müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar