Məhkəmə qərarları › İş №2(075)-169/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-169/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-169/2021 08.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı BOKT «xxxx» QSC-nin Cavabdeh qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxx» QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müştərək qaydada BOKT «xxxx» QSC-nin xeyrinə 711.52 manat əsas, 45.99 manat faiz və 0 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı olmaqla, cəmi 787.91 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı BOKT «xxxx» QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçı BOKT «xxxx» QSC-nin nümayəndəsi X1 məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iddiaçı BOKT «xxxx» QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı BOKT «xxxx» QSC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 157-EMB- 0182-19 saylı kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik faiz dərəcəsi 24.03 faiz olmaqla 1475 manat məbləğində kredit verilmişdir. Müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə kredit təşkilatına ödəməli olmuşdur. Kredit təşkilatı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişdir. Hazırda cavabdehin BOKT «xxxx» QSC-yə 711.52 manat əsas, 45.99 manat faiz və 0 manat cərimə borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Lakin Cavabdeh xx xxxxxx 2021-ci il tarixdə ərizə göndərərək cədvələ əsasən dərsi olduğunu, üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, əmək haqqının 50%-dən hər ay “KapitalBank”a tutmalar olduğunu, ailədə ondan başqa heç kəsin işləmədiyi, oğlunun Vətən müharibəsində yaralandığını bildirmiş, borcunun bağışlanmasını və ya yeni cədvəl tərtib edilərək hissə-hissə ödənilməsinin təmin edilməsini, bütün bunları nəzərə alaraq ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 157-EMB-0182-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 24.03 faiz olmaqla 1475 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü 1475 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, BOKT «xxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, 157-EMB-0182-19 saylı kredit müqavilələrinə əsasən cavabdehlər Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı BOKT «xxxx» QSC tərəfindən cavabdehə kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də BOKT «xxxx» QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh BOKT «xxxx» QSCnin xeyrinə xx xxxx 2019-cu il tarixli, 157-EMB-0182-19 saylı kredit müqaviləsi üzrə 711.52 manat əsas, 45.99 manat faiz və 0 manat cərimə borcu, həmçinin 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 787.91 manat pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 711.52 (yeddi yüz on bir manat əlli iki qəpik) manat əsas, 45.99 (qırx beş manat doxsan doqquz qəpik) manat faiz və 0 (sıfır) manat cərimə borcu, həmçinin 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 787.91 (yeddi yüz səksən yeddi manat doxsan bir qəpik) manat pul tutularaq BOKT «xxxx» QSC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar