Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1802/2020 18.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2001-ci ildə istehsal olunmuş, “Nissan Patrul” markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30-213333A, ban JN1KESY61Z0520072 olan nəqliyyat vasitəsinin onun mülkiyyətində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası xx.xx.2020-ci il tarixdə keçirilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1802/2020 saylı qərardadı ilə Ərizəçi, 2001-ci ildə istehsal olunmuş, “Nissan Patrul” markalı, rəngi qara parlaqsız, mühərrik nömrəsi ZD30- 213333A, ban JN1KESY61Z0520072 olan nəqliyyat vasitəsinin onun mülkiyyətində olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan Ərizəçi şikayət ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1802/2020 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2020-ci il tarixə saat 12:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclaslarına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1802/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1802/2020
18.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver