Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1866/2021 07.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası 1926-cı il təvəllüdlü X7 onun, yəni xx.xx.1953-cü il təvəllüdlü Ərizəçi atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi nümayəndəsi X17 göstərmişdir ki, o, Ərizəçi həyat yoldaşıdır. Bidirmişdir ki, Etibar hazırda ağır xəstə olduğundan məhkəməyə gəlməsi mümkün olmamışdır. Etibar xx xxxx 1953-cü il il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. X2, anası isə X3r. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsində ata qrafası boş qalmışdır. Belə ki, atası ilə anası arasında rəsmi nikah olmadığından ata qrafası boş saxlanılmışdır. Bu da onun hər hansı sənədləşmə işlərinin aparılmasına maneəçilik törədir. Qeyd etmişdir ki, həyat yoldaşı Etbargil ailədə 1 bacı, 2 qardaş olmuşlar. Bacısının adı Mehriban, qardaşının adı isə Şakirdir. Ərizəçinin atasının X16 olmasının müəyyən edilməsinin qeydə alınmasını Şəki regional “ASAN” xidmət mərkəzində ədliyyə nazirliyinin qeydiyyat şöbəsindən xahiş etmişdir. Lakin onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır. Onlar ailədə Etibar, Mehriban və o olmaqla 1 bacı və 2 qardaşdırlar. X1, anaları isə X3r. Valideynlərinin rəsmi nikahları olmadığından qardaşı, yəni Ərizəçi şəxsiyyət vəsiqəsində ata adı qrafası boş salxnılmışdır. Lakin ərizəçiyə aid olan digər sənədlərdə adı Ərizəçi Davud oğlu kimi qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Talıbova (Aslanova) Mehriban Davud qızı da şahid X24 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, X16 onun dayısıdır. Dayısının Etibar, Şakir və Mehriban adlı 2 oğlu və 1 qızı vardır. Yeganə isə dayısının gəlini, Etibarın həyat yoldaşıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 da şahid X8 ilə eyni məzmunda ifadə verdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan İE 975580 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1953-cü il təvəllüdlü Ərizəçi anası X3r. İşdə olan İİ-JQ 285413 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Davud oğlu ilə X13 arasında 31 avqust 1979-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 81 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir. İşdə olan AZ-İ 197712 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X16 08.04.2006-cı il tarixdə Şəki rayonu, Turan qəsəbəsində qan dövranı çatışmamazlığı hiporteniyası səbəbi ilə ölmüşdür. İşdə olan AZ-T 177846 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 14 fevral 1956-cı il təvəllüdlü X4 X2, anası isə X6r. İşdə olan İ-İE 666330 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 19 yanvar 1959-cu il təvəllüdlü X15 X2, anası isə X6r. İşdə olan 05/Q-890/70 nömrəli nikah haqqında arayışdan görünür ki, X29 və X5 nikahı haqqında 09 iyun 1976-cı il tarixdə 15 nömrəli aktın qeydi tərtib olunmuşdur. İşdə olan ƏMDK yanında DƏDRX 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14.08.2013-cü il tarixli mənxilin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndi, bina 2, giriş 1 mərtəbə 2, mənzil 6-nın hüquq subyekti Ərizəçi Davud oğludur. İşdə olan 03 iyul 1970-ci il tarixli, 015537 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Davud oğlu 1974-cü ildə texnikuma daxil olmuş və 1978-ci il tarixdə həmin texnikomu bitirmişdir. İşdə olan NZ ******* seriya nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi Davud oğlu hərbi qulluğa yararlıdır. İşdə olan ******* nömrəli tibbi arayışın təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1953-cü il təvəllüdlü Ərizəçi Davud oğlu 11.09.2012-ci il tarixdə tibbi müayinədən keçmişdir. İşdə olan Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndi, bina 2, mənzil 6 X14 xüsusi mülkiyyətindədir. İşdə olan AA 486144 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 20 fevral 1928-ci il tarixdə anadan olmuşdur. İşdə olan İE 215214 seriya nömrəli evlənmə haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 1926-cı ildə anadan olmuş X16 ilə 1928-ci ildə anadan olmuş X10 arasında 01 mart 1956-cı il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Aslanova soyadı verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki rayonu, Qoxmuq kənd sakini Ərizəçi eyni ata və ananın övladıdır. X2, anası isə X11 qızıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 1926-cı il tarixdə anadan olmuş X7 xx.xx.1953-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. 1926-cı il tarixdə anadan olmuş X7 xx.xx.1953-cü il tarixdə anadan olmuş Ərizəçi atası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1866/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1866/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver