Məhkəmə qərarları › İş №2(075)-192/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-192/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-192/2021 02.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh qarşı «əmlakın çıxarılması» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı «çıxarışın ləğvi, torpaq sahəsi və fərdi yaşayış evinə pay hüququnun tanınması, evə köçürmə və maneələrin aradan qaldırılması» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 160 adda cehiz əşyalarının mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatında daxil olmuşdur. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi, Şəki rayonu Qoxmuq kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə payının tanınması, onun həmin evə köçürülməsi və evdən istifadəsinə yaradılmış maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin sonuncu məhkəmə baxışı iclası bu günə, yəni xx xxxx 2021-ci il tarixə, saat 10:40-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə ərizə göndərərək cavabdehlə aralarında barışıq əldə olunduğunu bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq ilk iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməməklə ilk iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmir. Bundan başqa xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ilk iddiaçı ərizənin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməməklə ilk iddiaya mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ilk və qarşılıqlı iddiaçılara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «əmlakın çıxarılması» tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı «çıxarışın ləğvi, torpaq sahəsi və fərdi yaşayış evinə pay hüququnun tanınması, evə köçürmə və maneələrin aradan qaldırılması» tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddiaçılara izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar