Məhkəmə qərarları › İş №2(075)-1947/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1947/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1947/2021 06.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 16.09.2020-ci il tarixli müqavilə üzrə HANSA Soba, Panasonic qulaqlıq, DECT PANASONİC ev telefonu, Philips Fen üçün 1245,8 ( min iki yüz qırx beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 124,2 (yüz iyirmi dörd manat, 20 qəpik) manat cərimə, ümumilikdə 1370 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1400 manat pulun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X2 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə 16.09.2020-ci il tarixli müqaviləsinə əsasən, HANSA Soba, Panasonic qulaqlıq, DECT PANASONİC ev telefonu, Philips Fen almış və nəticədə 1370 (min üç yüz yetmiş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərin, pozmuş və nəticədə alqı-satqı qiyməti 1261,8 (min iki yüz altmış bir manat, 80 qəpik) manat (18 ay x 70 manat 10 qəpik + 0 manat ilkin ödəniş) olan HANSA Soba, Panasonic qulaqlıq, DECT PANASONİC ev telefonu, Philips Fen üçün ümumilikdə 1370 (min üç yüz yetmiş) manat olmaqla, ondan, 1245,8 ( min iki yüz qırx beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 124,2 (yüz iyirmi dörd manat, 20 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 16 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 16.09.2020-ci il tarixli müqavilə üzrə HANSA Soba, Panasonic qulaqlıq, DECT PANASONİC ev telefonu, Philips Fen üçün 1245,8 ( min iki yüz qırx beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 124,2 (yüz iyirmi dörd manat, 20 qəpik) manat cərimə, ümumilikdə 1370 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1400 manat pul cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 16.09.2020-ci il tarixli müqavilə üzrə HANSA Soba, Panasonic qulaqlıq, DECT PANASONİC ev telefonu, Philips Fen üçün 1245,8 ( min iki yüz qırx beş manat, 80 qəpik) manat ödənilməmiş hissə, 124,2 (yüz iyirmi dörd manat, 20 qəpik) manat cərimə, ümumilikdə 1370 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1400 manat pul cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar