Məhkəmə qərarları › İş №2(075)-210/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-210/2021

16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-210/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X1 xx xxxx 1998-ci il tarixli, 54 nömrəli qərarına əsasən verilmiş JN:296 (kod 40413048) saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın paylarına münasibətdə onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx xxxxxx 2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. xx xxxxxx 2021-ci il tarixdə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə göndərərək iş üzrə zəruri sübutların toplanmalı olduğunu bildirmiş, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq ərizənin baxılmamış saxlanılmasını xahiş etmişlər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələri baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ onlara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar