Məhkəmə qərarları › İş №2(075)-222/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-222/2021

08.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-222/2021 08.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə, müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən, mülkiyyətində olan 0,0006 ha torpaq sahəsində inşa etdiyi, 2000-ci ildən istismara tam yararlı olmaqla istifadədə olan qeyri-yaşayış binasına (mağaza binasına) onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddianı geri götürmək qərarına gəlmişlər. Odur ki, iddia ərizəinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 da iddia ərizəinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Müstəqil tələb irəli sürməyən İİİ şəxslər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri isə məhkəmə iclasında iştirak etməyərək iddiaya hər hansı münasibət bildirməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi isə məhkəmə iclasında iştirak etməyərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. İş materialından görünür ki, 12.04.2021-ci il tarixdə iddiaçının vəsatəti əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və 22 avqust 2021-ci il tarixli 10/1950 nömrəli ekspert rəyində ekspert xərcinin 50 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, həmçinin iddiaçı vəsatət verərək mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iş üzrə mövcud olan ekspertiza xərcinin iddiaçıdan tutulmasını ədalətli hesab edir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X2 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası baxılmamış saxlanılsın. Mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 manat İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X2 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İddiaçı X3 izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar