Məhkəmə qərarları › İş №2(075)-2265/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2265/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2265/2021 26.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini nəzərdən keçirib, M ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 98,50 manat əsas, 21,25 manat faiz, 1,02 manat cərimə və 1,90 manat komisyon haqqı olmaqla, cəmi 122,67 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iddia tələbində cavabdeh tərəfindən ödənişlər edildiyinə görə dəyişiklik olmuşdur. Belə ki, cavabdeh borcunu tam olaraq ödəmişdir. Buna görə də, iddia ərizəsinin qoşma sənədlərlə birlikdə geri qaytarılmasını və mülki işə xitam verilməsini məhkəmədən xahiş edir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4 -cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə ərizəsini nəzərə alaraq hesab edir ki, "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar