Məhkəmə qərarları › İş №2(075)-232/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-232/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-232/2021 17.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdehlər Cavabdeh1 vəkili X4, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28300 manat borcun, 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki işin məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni 17 may 2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. İddiaçı nümayəndəsi (vəkili) X5 məhkəmə iclasında ərizə təqdim edərək göstərdi ki, mülki iş məhkəmənin icraatında olan zaman Cavabdeh1 və valideynləri iddiaçı ilə müəyyən danışıqlar etmiş, vaxt verilməsini xahiş etmiş və borcun ödənilməsini təmin edəcəklərini bildirmişdir. Odur ki, iddianın baxılmamış saxlanılmasını və iddia ərizəninin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 vəkili X7, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X2 iddianın baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçının nmayəndəsi (vəkili) iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı 28300 manat borcun, 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar