Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-244/2021 17.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Əzimova (Məmmədova) Günel Məhərrəm qızının iştirakı ilə, İddiaçı Əzimova (Məmmədova) Günel Məhərrəm qızının Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Əzimova (Məmmədova) Günel Məhərrəm qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 yanvar 2008-ci il doğum tarixli X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 200 manat aliment məbləğinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Əzimova (Məmmədova) Günel Məhərrəm qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh ilə 30 mart 2007-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan 06 yanvar 2008-ci il doğum tarixli X8 adlı övladı var. Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)-787/2012 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında olan nikah pozulmuş, 06 yanvar 2008-ci il doğum tarixli X5 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması və hər ay sabit pul məbləğində 70 manat aliment məbləğinin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. O, sözügedən qətnamə qəbul edildikdən sonra alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Artıq uşağın digər qayğılarını yerinə yetirmək üçün 70 manat aliment məbləği kifayət etmir. Bu səbəbdən aliment məbləğinin artırılması qənaətinə gəlmişdir. Həmçinin cavabdeh birgə nikahda olduqları dövrdə işləmiş və maddi imkanı yaxşı olmuşdur. Göstərmişdir ki, cavabdeh ona zəng edərək hədələyir və onu təhqir edir. İddia tələbində aliment miqdarının artırılaraq 200 manat məbləğində müəyyən edilməsini xahiş etsə də, aliment miqdarının 150 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Cavabdeh anasıdır. Bildirmişdir ki, tərəflər 30 mart 2007-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan 06 yanvar 2008-ci il doğum tarixli X8 adlı övladları var. Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)-787/2012 saylı qətnaməsi ilə Əzimova (Məmmədova) Günel Məhərrəm qızı ilə Cavabdeh arasında olan nikah pozulmuş, 06 yanvar 2008-ci il doğum tarixli X5 yetkinlik yaşına çatanadək Əzimova (Məmmədova) Günel Məhərrəm qızının yanında saxlanılması və hər ay sabit pul məbləğində 70 manat aliment məbləğinin Cavabdeh alınaraq Əzimova (Məmmədova) Günel Məhərrəm qızına verilməsi qət edilmişdir. Bildirmişdir ki, Cavabdeh heç bir yerdə işləmir, onun əvəzinə 70 manat alimenti özü ödəyir. Göstərmişdir ki, Famil ikinci dəfə nikaha girməməmiş, xəstə olsa da əlil deyil və əliliyə görə müavinat almır. Maddi imkanları olduqca aşağıdır. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)-787/2012 saylı məhkəmə qətnaməsinə əsasən cavabdehdən övladları 06 yanvar 2008-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində hər ay uşaq üçün 70 manat tutulub ona verilməsi əmr edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməməklə iddiaya hər hansı münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)-787/2012 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Şəki şəhər VVADQ şöbəsində bağlanmış 30 mart 2007-ci il tarixli, 61 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları, 06 yanvar 2008-ci il tarixdə anadan olmuş X8 atası Cavabdeh alınaraq anası X3 himayəsinə verilməsi və onun himayəsində saxlanılması, Cavabdeh hər ay 70 (yetmiş) manat aliment alınaraq 06 yanvar 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ünvan 1 ünvanında yaşayan X4 verilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, Əzimova (Məmmədova) Günel Məhərrəm qızının Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)- 787/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 06 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən Əzimova (Məmmədova) Günel Məhərrəm qızının xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli 06 yanvar 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)-787/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 140 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 06 yanvar 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 13 sentyabr 2012-ci il tarixli, 2(075)-787/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq Əzimova (Məmmədova) Günel Məhərrəm qızına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-244/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-244/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver