Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2485/2021 27.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “borc tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 896,77 (səkkiz yüz doxsan altı manat 77 qəpik) manat, faiz borcu 1,99 (bir manat 99 qəpik) manat, cərimə borcu 7,90 (yeddi manat 90 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 937,06 (doqquz yüz otuz yeddi manat, 06 qəpik) manat borcun idddiaçı Bank Olmayan Kredit Təşkilatı “Embafinans" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh 60 ay müddətinə qaytarılmaq şorti ilə 945,19 (doqquz yüz qırx beş manat 19 qəpik) manat məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 02 dekabr 2019-cu il tarixli, 398- RKM-0482-19 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, Kreditorun müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini Borcalandan tələb etmək hüququ vardır. Hal-hazırda Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "Embafinans” Qapalı Səhmdar Cəmiyyətinə 22.09.2021-ci il tarixə əsas borcu 896,77 manat (səkkiz yüz doxsan altı manat 77 qəpik), faiz borcu 1,99 manat (bir manat 99 qəpik), cərimə borcu 7,90 manat (yeddi manat 90 qəpik) olmaqla ümumi borcu 906,66 manat (doqquz yüz altı manat 66 qəpik) təşkil edir ki, bu borcunda cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə 01 aprel 2021-ci il tarixli, 14324/21 saylı və 02 iyun 2021-ci il tarixli, 15325/21 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı “Embafinans" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, əsas borcu 896,77 (səkkiz yüz doxsan altı manat 77 qəpik) manat, faiz borcu 1,99 (bir manat 99 qəpik) manat, cərimə borcu 7,90 (yeddi manat 90 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 937,06 manat borc Cavabdeh tutularaq BOKT "xxxx" QSC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borcu 896,77 (səkkiz yüz doxsan altı manat 77 qəpik) manat, faiz borcu 1,99 (bir manat 99 qəpik) manat, cərimə borcu 7,90 (yeddi manat 90 qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 937,06 borc Cavabdeh tutularaq BOKT "xxxx" QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2485/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2485/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver