Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-252/2021 01.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X4 nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X4 Cavabdeh qarşı “3440 manat məbləğində təbiətə vurulmuş ziyanın” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ətraf mühitə vurulmuş 3440 (üç min dörd yüz qırx) manat məbləğində ziyanın X5 üzrə Dövlət Fondunun B1. Benefisiar (alan ) bank, Adı: DXA, Kodu:210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, B2. Vəsaiti alan, Adı: 7 saylı Regional Ekologiya və X7, HESAB N: AZ64CTRE********************, VÖEN: **********, D1. Ödənişin təyinatı və əsas, D3. Büdcə təsnifat kodu: 142582, D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X4 nümayəndəsi X2 izahat verərək bildirdi ki, xx xxxxx 2020-ci il tarixdə Cavabdeh, Ramazanov Rasim Mövsüm oğlu ilə birgə, Şəki şəhəri B.Vahabzadə küçəsinin qərbində, Kiş çayının sanitar mühafizə zonasından 36 ədəd köküstə yaş Qələmə Qovaq ağacını qanunsuz olaraq dib kökündən kəsmişdir. Həmin ağacların kəsilməsi nəticəsində ətraf mühitə 8080 (səkkiz min səksən) manat məbləğində ziyan vurulmuşdur. Nəticədə törədilmiş əməl cinayət məsuliyyətinə səbəb olmuş və Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(075)-26/2020 nömrəli hökmünə əsasən Cavabdeh 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cavabdeh müştərək olaraq vurulmuş ziyanın məhkəmə istintaqı dövründə 600 (altı yüz) manat məbləğini X5 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Ödənilməyən 3440 (üç min dörd yüz qırx) manat məbləğində ziyanın isə ödənilməsi təmin etməmişdir. Vurulmuş ziyan qanuvericilivə əsasən X5 üzrə Dövlət Fonduna ödənilməsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016 cı il tarixli 421 saylı qərarı ilə təstiq edilmiş “X3 Hesablanması və Ödənilməsi Qaydası“nın 3 - cü hissəsinə əsasən yaşıllıqlara dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən X3 miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. xx.xx.2020-ci il tarixdə Cavabdeh 3440 (üç min dörd yüz qırx) manat məbləğində ziyanın X5 üzrə Dövlət Fonduna ödənilməsinin təmin edilməsi barədə bildiriş göndərilməsinə baxmayaraq ziyanın ödənilməsi təmin edilməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx xxxxx 2020-ci il tarixdə Ramazanov Rasim Mövsüm oğlu ilə birgə, Şəki şəhəri B.Vahabzadə küçəsinin qərbində, Kiş çayının sanitar mühafizə zonasından 36 ədəd köküstə yaş Qələmə Qovaq ağacını qanunsuz olaraq dib kökündən kəsmişdir. Nəticədə törədilmiş əməl cinayət məsuliyyətinə səbəb olmuş və Şəki rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(075)-26/2020 nömrəli hökmünə əsasən o, 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, müştərək olaraq vurulmuş ziyanın məhkəmə istintaqı dövründə 600 (altı yüz) manat məbləğini X5 üzrə Dövlət Fonduna ödənilməsini təmin etmişdir. Qalan 3440 maqnat maddi zərəri də ödəyəcəkdir. İddianı qəbul edir və iddianın təmin edilməsinə etiazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materialına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(075)-26/2020 saylı hökmünün məzmunundan görünür ki, Ramazanov Rasim Mövsüm oğlu qəsdən Cavabdeh ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girmiş və qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan meşə fonduna daxil olmayan, dövlət mülkiyyətinə aid torpaq sahəsində olan ağacları qanunsuz olaraq kəsib külli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o qəsdən, Cavabdeh ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək cinayət əlaqəsinə girib "Yaşıllıqların Mühafizəsi" haqqında Azərbaycan Respublikası x xxx 2014-cu il tarixli qanunun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı xx xxxxxx 2016-ci il tarixli "Yaşıllıqların götürülməsi Qaydası"sı ilə müəyyən edilmiş əsaslar olmadan xx.xx.2019-cu il tarixdə saat 14:30 radələrində meşə fonduna daxil olmayan, Şəki şəhəri, B.Vahabzadə küçəsinin qərb hissəsində Kiş çayının sol sahilində yerləşən dövlət mülkiyyətinə aid torpaq sahəsində olan diametri 10 sm olan 1 ədəd 120 manat, hər biri 150 manat olmaqla diametri 14 sm olan 3 ədəd cəmi 450 manat, hər biri 150 manat olmaqla diametri 16 sm olan 3 ədəd cəmi 450 manat, hər biri 180 manat olmaqla diametri 18 sm olan 4 ədəd cəmi 720 manat, hər biri 180 manat olmaqla diametri 20 sm olan 3 ədəd cəmi 540 manat, hər biri 200 manat olmaqla diametri 22 sm olan 6 ədəd cəmi 1200 manat, hər biri 200 manat olmaqla diametri 24 sm olan 5 ədəd cəmi 1000 manat, hər biri 250 manat olmaqla diametri 26 sm olan 2 ədəd cəmi 500 manat, hər biri 250 manat olmaqla diametri 28 sm olan 2 ədəd cəmi 500 manat, hər biri 300 manat olmaqla diametri 30 sm olan 2 ədəd cəmi 600 manat, hər biri 350 manat olmaqla diametri 34 sm olan 2 ədəd cəmi 700 manat, hər biri 350 manat olmaqla diametri 36 sm olan 2 ədəd cəmi 700 manat, diametri 44 sm 1 ədəd 600 manat olan ümumilikdə 36 ədəd olan yaş köküstə qovaq ağaclarını kəsmələri nəticəsində təbiətə 8080 (səkkiz min səksən) manat məbləğində, yəni külli miqdarda ziyan vurmuşlar. İş materialına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(075)- 26/2020 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, iş üzrə 8080 manat maddi ziyanın 1600 manatının ödənilməsi, 6480 manat maddi ziyanın ödənilməməsi, iş üzrə mülki iddianın olmaması nəzərə alınması hökm edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi Cavabdeh məhkəmə iclasında iddiaçı təşkilata 3440 manat məbləğində maddi ziyan məbləğinin qalmasını etiraf edir. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, ətraf mühitə vurulmuş 3440 manat məbləğində ziyan Cavabdeh alınaraq X5 üzrə Dövlət Fondunun B1. Benefisiar (alan ) bank, Adı: DXA, Kodu:210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, B2. Vəsaiti alan, Adı: 7 saylı Regional Ekologiya və X7, HESAB N: AZ64CTRE********************, VÖEN: **********, D1. Ödənişin təyinatı və əsas, D3. Büdcə təsnifat kodu: 142582, D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və X4 iddiası təmin olunaraq ətraf mühitə vurulmuş 3440 manat məbləğində ziyan Cavabdeh alınaraq X5 üzrə Dövlət Fondunun B1. Benefisiar (alan ) bank, Adı: DXA, Kodu:210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, B2. Vəsaiti alan, Adı: 7 saylı Regional Ekologiya və X7, HESAB N: AZ64CTRE********************, VÖEN: **********, D1. Ödənişin təyinatı və əsas, D3. Büdcə təsnifat kodu: 142582, D4. Büdcə səviyyə kodu: 3 bank hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-252/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-252/2021
01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver