Məhkəmə qərarları › İş №2(075)-262/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-262/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-262/2021 02.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 250 (iki yüz əlli) manat alimentin tutularaq xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddiaçı, Cavabdeh ilə xx xxxxxx 2011-cı il tarixdə Şəki şəhər İHB-nın Baş Layski kənd İcra nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə X7 adlı bir qızı anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da sonradan münasibətləri pozulmuş və faktiki olaraq ayrılmışlar. Şəki Rayon Məhkəməsinin 2(075)-58/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə iddiaçı arasındakı xx xxxxxx 2011-ci il tarixdə Şəki rayon Baş Layısqı kənd İcra Nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 70 manat alimentin tutulması qət etmişdir. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən kifayət qədər uzun bir müddət keçmiş və ötən müddət ərzində iddiaçının himayəmdə olan uşağın tələbatları artmışdır. İddiaçı isə təkbaşına himayəsində olan Fidanın tələbatlarını ödəyə bilmir. Lakin cavabdeh X2 maddi imkanı olduqca yaxşıdır. Belə kı, Sadiq xarici şirkətdə işləməklə yüksək miqdarda əmək haqqı alır. Həmçinin, azyaşlı Fidan sümük boşluğu xəstəliyindən əziyyət çəkir. Sonuncu dəfə alimentin miqdari Şəki Rayon Məhkəməsnin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə artırılmışdır. Həmin vaxtdan isə 3 ilə yaxın müddət ötmüş və həmin vaxtadək yaşayış minimumu bir neçə dəfə qaldırılmışdır. Sonuncu dəfə müəyyən edilmiş alimentin məbləği ilə Fidanın çox cüzi bir tələbatlarının ödənilməsi mumkundur. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin göstərmişdir ki, cavabdeh ikinci dəfə ailə qurmamışdır. İddianın təmin edilməsini məhkəmədən xaiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-1176/2018 saylı məhkəmə qətnaməsinə əsasən cavabdehdən övladları xx xxxxxx 2011-ci il tarixdə anadan olmuş X1 üçün sabit pul məbləğində hər ay uşaq üçün 110 manat tutulub ona verilməsi əmr edilmişdir. İddiaçı tərəf iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməyərə iddiya hər hansı münasibət bildirməmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(075)-1176/2018 nömrəli qətnaməsindən görünür ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yrtkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Məmmədsadiq oğlundan hər ay sabit pul məbləğində 110 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-1176/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxxx 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-1176/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 150 manat alimentə münasibətdə iddianın illik dəyəri 500 manatdan çox təşkil edir. Buna görə də cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(075)-1176/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar