Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-34/2021 22.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, İddiaçı vəkili X4, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən olan maneələrin aradan qaldırılması və torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Şəki rayonu, Öyrət kəndində yerləşən 1.0 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən olan maneələrin aradan qaldırılması və torpaq sahəsinə girişinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə növbəti məhkəmə iclası bu günə, yəni 22 fevral 2021-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. 22 fevral 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. İddiaçı vəkili X7 da iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Həmçinin, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X2 oğlu da iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədilər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, İddiaçı vəkili X7 da iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X2 oğlu da iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmirlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 300 manat ekspertiza xərci İddiaçı tutularaq Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən məcburi çıxarılması, qanunsuz hərəkətlərinə son qoyulması, onun tərəfindən olan maneələrin aradan qaldırılması və torpaq sahəsinə girişinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 300 manat ekspertiza xərci İddiaçı tutularaq Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-34/2021 22 fevral 2021-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri, D.Bünyadzadə küçəsi ev 56) İddiaçının nümayəndəsi: Nümayəndə (Bakı şəhəri, 2-ci mikrorayon, H.B.Əliyev küçəsi ev 19/14) İddiaçının vəkili: X5 (Şəki Regional Vəkil Bürosu) Cavabdeh: Cavabdeh, (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 14/4) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, (Şəki şəhəri, Heydər Əliyev prospekti ev 21/5) Şəki Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında 22 fevral 2021-ci il tarixli, 2(075)-34/2021 saylı qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-34/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-34/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver