Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-358/2021 19.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 iştirakları ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-xx.xx.1979-cu illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş, mülki işin sonuncu məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxx 2021-ci il tarixə, saat 10:40-a təyin edilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləmişdir. Lakin nədənsə ona məlum olmayan səbəblərə görə 13 ay işlədiyi müddət əmək kitabçasında qeyd olunmamış və bu barədə Milli Arxiv İdarəsinin Şəki Filialında məlumat yoxdur. Halbuki, həmin müddətin onun əmək stajına daxil edilməsi olduqca əhəmiyyətlidir. Belə ki, o, Bakı İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin iddia ərizəsi təmin edilməmişdir. İddia ərizəsinin təmin edilməməsinin əsaslarından biri də odur ki, onun ümumi əmək stajı 25 il təşkil etmir. Əgər, hazırkı hal məhkəmə qaydasında tanınsa, yəni – işlədiyi 13 ay müddət əmək stajı hesab olunsa onun rəsmi əmək stajı 25 il 10 ay təşkil edəcək ki, bu hal da ona güzəştli şərtlərlə və ya ümumi qaydada əmək pensiyası təyin edilməsi üçün əsas olacaq. Bundan əlavə onun həmin müəssisədə işləməyi barədə çoxsaylı şahidləri də var. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika Dövlət X2 xx xxxx 2019-cu il tarixli məktubunda qeyd olunur ki, Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozun 1978-1979-cu illərin əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən həmin həmin illərdə işləməyinə dair qeydiyyat tapılmadı. Lenin adına kolxoz hal-hazırda fəaliyyət göstərmədiyi üçün həmin müəssisədən işləməyi barədə rəsmi arayış almağı qeyri-mümkündür. Göründüyü kimi onun həmin müddətdə həmin müəssisədə işləməyi barədə məlumat almağı digər vasitələrlə qeyri-mümkündür. Ona görə də hesab edir ki, bu fakt məhkəmə qaydasında tanınmalıdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X3 ayrıayrılıqda çıxış edərək ərizəni müdafiə etdiklərini bildirdilər və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 ərizə təqdim edərək hazırkı ilə bağlı mübahisə olduğunu bildirdi. Qeyd etdi ki, Ərizəçi müvafiq filiala müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin filial vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minumum pensiya təminatına imkan vermədiyindən və tələb olunan iş stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Daha sonra ərizəçi imtinadan narazı qaldığı üçün maraqlı şəxsə qarşı məhkəməyə ərizə ilə müraciət etmişdir. Ərizəçi hesab edir ki, onun xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyini iddia etdiyi illər iş stajına daxil edilərək ona əmək pensiyası təyin olunmalıdır. Ərizəçi hesab edir ki, qeyd olunan illər onun iş stajına daxil olarsa, pensiya hüququ verən tələb olunan iş stajı mövcud olmuş olacaqdır. Qeyd edilməlidir ki, Ərizəçi xx xxxxxxxx 1979-cu il tarixdə tərtib olunmuş, ******* nömrəli əmək kitabçası mövcuddur. Həmin əmək kitabçasında ərizəçinin əmək kitabçasının tərtib olunduğu tarixdən günümüzədək olan əmək fəaliyyəti barədə məlumatları öz əksini tapmışdır. Digər tərəfdən Şəki rayonu Orta Zəyzid kəndində “Lenin adına kolxoz”da işlədiyi illərlə bağlı Dövlət Arxivinin Şəki rayon filialı tərəfindən təqdim olunmuş arxiv arayışında ərizəçinin qeyd olunan kolxozda 1972-1973-cü illərə dair əmək fəaliyyəti ilə bağlı məlumatlarında Ərizəçi əməkhaqqı və günləri öz əksini tapmışdır. Digər illərdə əmək fəaliyyəti ilə bağlı məlumat arxivdə mövcud olmamışdır. Odur ki, məhkəmədən ərizənin baxılmamış saxlanılmasını xahiş etdi. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi Ərizəçi xx.xx.1978-xx.xx.1979-cu illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməyi hüquqi faktının müəyyən edilməsi barədə ərizəsinə baxılarkən onun ərizəsində göstərdiyi tələb məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi tərəfindən mübahisələndirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.10, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-358/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-358/2021
19.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver