Məhkəmə qərarları › İş №2(075)-36/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-36/2021

17.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-36/2021 17.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) və iddiaçı olmaqla İddiaçı1, İddiaçı2 qızı, İddiaçı3 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri İddiaçı4, onun etibarnamə üzrə nümayəndəsi X1 və vəkili X4, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh Avsalam oğlu və onun vəkili X3 oğlunun iştirakları ilə İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər (bundan sonra iddiaçılar) İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh Avsalam oğluna qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Avsalam oğlunun ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh A seriyalı, 342133 nömrəli, habelə A seriyalı, 342132 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri üzrə ailələrinə verilmiş Şəki rayonu Oxud kəndində yerləşən 289.18 kv.m və 520.6 kv.m torpaq sahələrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan Azərbaycan Respublikasının MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçıların razılığı ilə Cavabdeh əsl Cavabdeh Avsalam oğlu ilə əvəz edilmişdir İddia ərizəsi xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh Avsalam oğlu məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək onun mülkiyyətində olan torpaq sahəsində dəmir dirəklər üzərində cavabdehlərə məxsus balkonun onların öz vəsaiti hesabına sökülməsi, həmçinin cavabdehlərin mülkiyyətində olan evin onun həyətyanı sahəsinə baxan şüşəbəndinin onların öz vəsaiti hesabına bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Avsalam oğlunun xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə məhkəmənin sonuncu baxış iclası bu günə, yəni xx xxxxxx 2021-ci il tarixə, saat 10:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı və iddiaçı olmaqla İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri İddiaçı4 və onun etibarnamə üzrə nümayəndəsi X2 ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etdilər. Cavabdeh Avsalam oğlunun onlara qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədilər. Məhkəmə iclasında Cavabdeh Avsalam oğlu iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ona qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk iddia ərizələrinə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Onun İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ilk və qarşılıqlı iddiaçılar ərizələrinin geri qaytarılması barədə ərizə təqdim etmiş, işlərə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Avsalam oğluna qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk və Cavabdeh Avsalam oğlunun İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ onlara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh Avsalam oğluna qarşı «zəbt olunmuş torpaq sahəsindən çıxarılma» tələbinə dair ilk və Cavabdeh Avsalam oğlunun İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qarşı «qanunsuz inşa edilmiş tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddiaçılara izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar