Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-360/2021 06.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ RİH yanında qəyyumluq şöbəsi və Cavabdeh3na qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon peşə liseyi məktəbinə və Təhsil Nazirliyinə sorğu göndərilərək arayışın təqdim edilməsi, İsmayılova (Cəbrayılova) Zəbanə Ağanur qızının 2015-2016-cı illərdə təhsil alıb-almamasının müəyyən edilməsi, Cavabdeh3 məhkəməyə dəvət edilməsi, nəyə əsaslanaraq ona “epilepsiya” diaqnozunun qoyulmasına cavab verilməsi, cavabdehin dediyinə əsasən onun xəstə olması, 1900 (bir min doqquz yüz) çarpayı günü etməsi, hansı klinikada müalicəyə məruz qalıbsa həmin klinikadan çıxarışın təqdim edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. «Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu»nun 1.1ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. İddiaçı Qəbələ rayon peşə liseyi məktəbinə və Təhsil Nazirliyinə sorğu göndərilərək arayışın təqdim edilməsi, İsmayılova (Cəbrayılova) Zəbanə Ağanur qızının 2015-2016-cı illərdə təhsil alıb-almamasının müəyyən edilməsi, Cavabdeh3 məhkəməyə dəvət edilməsi, nəyə əsaslanaraq ona “epilepsiya” diaqnozunun qoyulmasına cavab verilməsi, cavabdehin dediyinə əsasən onun xəstə olması, 1900 (bir min doqquz yüz) çarpayı günü etməsi, hansı klinikada müalicəyə məruz qalıbsa həmin klinikadan çıxarışın təqdim edilməsini xahiş etsə də, hazırkı tələblərə məhkəmədə baxılması yolverilməzdir. Belə ki, İddiaçı tələbində qeyd etdiyi müvafiq sənədləri müvafiq orqanlara (Qəbələ rayon peşə liseyi məktəbi, Təhsil Nazirliyi, Cavabdeh3) müraciət edərək ala bilər. Bu səbəbdən də İddiaçı hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Qəbələ RİH yanında qəyyumluq şöbəsi və Cavabdeh3na qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-360/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-360/2021
06.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver