Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-362/2021 05.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100,00 (yüz manat) manat sığorta ödənişi məbləğinin, 500,00 (beş yüz) manat işlərin görülməsi xərcinin. 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 630.00 (altı yüz otuz) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx.xx.2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə iddiaçı «xxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayev məhkəməyə ərizələr göndərərək bildirmişdir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında razılıq əldə edilmiş və Cavabdeh tərəfindən “xxxx” ASC-yə 130,00 (bir yüz otuz) manat məbləğində subroqasiya ödənişi geri ödənilmişdir, bununla da Cavabdeh “xxxx” ASC-yə olan borcu tamamilə ödənilmişdir. Odur ki, iddiaçı “xxxx" ASC-nin Cavabdeh qarşı 2(075)- 362/2021 saylı mülki işi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı «xxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayevin iddiadan imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.4 -cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iddiaçı «xxxx» ASC-nin Sığorta Hadisələrinin Tənzimlənməsi Departamentinin direktoru T.Ə.Fərzullayevin əizəsini nəzərə alaraq hesab edir ki, «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında “pul” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-362/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-362/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver