Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-365/2022 01.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Mustafayeva Sevinc Fikrət qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun atasının Şəki rayonu Baş Göynük kəndində yaşamış Talıbov Ələsgər (Ələskər) Məmməd oğlu olması hüquqi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının adının Talıbov Ələsgər (Ələskər) Məmməd oğlu kimi qeyd edilməsi, 01 mart 1996-cı il tarixdə anadan olmuş oğlu Elmirin 15 mart 2017-ci il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 avqust 2002-ci il tarixdə vəfat etmiş X7 onun atası olması, həmçinin 01 mart 1996-cı il tarixə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş oğlu X14 11 iyun 1998-ci ildə Şəki rayonu Baş Göynük kəndində vəfat etməsi hüquqi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X2 anası X20 ilə el adəti üzrə toy edərək ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxxx 1967-ci il tarixdə o doğulmuşdur. X2 ilə anası X8 həmin vaxt rəsmi nikahları olmadıqlarından onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. Ona görə də hazırda onun doğum haqqında şəhadətnaməsində ata qrafasının boş olması müəyyən çətinliklər yaradır. Belə ki, X2 22 avqust 2002-ci il tarixdə vəfat etmişdir. Hazırda atasından miras qalmış əmlaka dair vərəsəliyi qəbul etmək istəsə də, onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş olduğundan bu mümkün deyil. Həmçinin, özü 26 fevral 1992-ci il tarixdə X9 ilə ailə qurmuşdur. Birgə nikahlarından 01 mart 1996-cı il tarixdə Elmir adlı uşaqları doğulmuşdur. Lakin uşaq 11 iyun 1998-ci ildə xəstəlik səbəbindən vəfat etmiş və Baş Göynük kənd qəbiristanlığında dəfn edilmişdir. Maraqlı şəxsnə müraciət edərək övladı X14 ölümünün qeydə alınmasını xahiş etmişdir. Lakin Maraqlı şəxsndə bundan imtina edilmişdir. Sözügedən sənədləri digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. Onların anaları Qəniyrə, ataları Ələsgərdir. Valideynləri qardaşı Mehman doğulduqdan sonra nikaha daxil olmuşlar. Ataları 2002-ci ildə vəfat etmişdir. X41 ilə ailə qurmuşdur. Onların Nübar (1993) və Elmir (1996) adlı uşaqları doğulmuşdur. Elmir 1998-ci ilin yay aylarında, iki yaşı olarkən vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4, X15 və X10 digər şahid X1 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişlər. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X36 ifadəsində göstərdi ki, Ərizəçi həmkəndlisi kimi tanıyır. Mehmanın övladı 1998-ci ilin iyun ayında vəfat etmişdir. Uşağın qəbrini o qazmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filialı tərəfindən 21 dekabr 2021ci il tarixdə verilmiş, 995 nömrəli arxiv arayışından görünür ki, 1972-1973-cü illərin təsərrüfatbaşına kitabına əsasən X7 ailə üzvləri bunlardır: X19 (ailə başçısı), X20 (arvadı), X21 (oğlu), X22 (oğlu), X17 (oğlu), Ərizəçi Ələsgər oğlu (oğlu) və X11 (qızı). Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki Filialı tərəfindən 21 dekabr 2021ci il tarixdə verilmiş, 996 nömrəli arxiv arayışından görünür ki, 1996-2000-ci illərin təsərrüfatbaşına kitabına əsasən X7 ailə üzvləri bunlardır: X19 (ailə başçısı), X5 (arvadı), Ərizəçi Ələsgər oğlu (oğlu), X12 (gəlini), X23 (nəvəsi), X27 – ölüb (nəvəsi), X28 (oğlu) və X16 (oğlu). Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1967-ci il təvəllüdlü Ərizəçi anası X13r. Nikah haqqında arayışdan görünür ki, X19 ilə X18 arasında 10 dekabr 1967-ci il tarixdə bağlanmış nikah 63 nömrə ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli, 05/Q-5151/15 nömrəli məktubdan görünür ki, Ərizəçi atalığın müəyyən edilməsi faktının təsdiq edilməsi ilə bağlı müraciətinə baxılmaqdan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X19 22 avqust 2002-ci il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 01 mart 1996-cı il təvəllüdlü X14 atası Ərizəçi, anası X6r. Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən 23 dekabr 2021-ci il tarixdə verilmiş 678/2 nömrəli arayışdan görünür ki, 01.03.1996-cı il təvəllüdlü X14 11.06.1998-cı ildə vəfat etməsinə dair ölüm faktı aşkar olunmadı. Şəki regional “ASAN” xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 yanvar 2022-ci il tarixli, 05/Q-2692/69 nömrəli məktubdan görünür ki, 1996-2000, 2000-2022-ci illər üzrə akt qeydləri kitabında X14 ölüm faktı aşkar olunmadı. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçilərin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçilərə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçilər tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onlar tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, 22 avqust 2002-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi atası olması və 01 mart 1996-cı il təvəllüdlü X14 1998-ci ilin iyun ayında vəfat etməsi faktları müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 22 avqust 2002-ci il tarixdə vəfat etmiş X7 Ərizəçi atası olması və 01 mart 1996-cı il təvəllüdlü X14 1998-ci ilin iyun ayında vəfat etməsi faktları müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-365/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-365/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver