Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-375/2021 03.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 ABŞ dolları pulu və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 22 yanvar 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclasları 22 fevral 2021, 29 mart 2021, 22 aprel 2021 və 07 may 2021-ci il tarixlərdə keçirilmiş, növbəti məhkmə baxış iclası bu günə, yəni 03 iyun 2021-c i il tarixə, saat 10:00-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehlə qarşılıqlı razılığa gəldiklərindən iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, Cavabdeh isə məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-375/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-375/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver