Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-38/2021 12.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi İddiaçı, Nümayəndə İddiaçı vəkili Vəkil iştirakları ilə İddiaçı X2 Cavabdeh Nağdalı oğluna qarşı qanunsuz tikili olan qoyun damı və toyuq hininin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh Nağdalı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən Şəki rayonu, Baş Zəyzid kəndində onun və ailə üzvlərinin mülkiyyətində olan 0,14 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2 metrliyində yerləşən və onun barısına bitişik tikilmiş qoyun damı və toyuq hininin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı əsl iddiaçı X4 ilə əvəz edilmişdir. İş üzrə növbəti məhkəmə iclası bu günə, yəni 12 mart 2021-ci il tarixə, saat 09:30-a təxirə salınmışdır. 12 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı iddiaçı X2 nümayəndəsi İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. İddiaçı X2 nümayəndəsi İddiaçı vəkili Vəkil da iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Həmçinin, Cavabdeh Nağdalı oğlu məhkəmə iclasına gəlməyərək iddiaya baxılmasını istəmədiyini nümayiş etdirmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçı X2 nümayəndəsi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, iddiaçı X2 nümayəndəsi İddiaçı vəkili Vəkil da iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir, Cavabdeh Nağdalı oğlu məhkəmə iclasına gəlməyərək iddiaya baxılmasını istəmədiyini nümayiş etdirmişdir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq X2 iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 300 manat ekspertiza xərcinin 150 manatı iddiaçı X1, 150 manatı isə Cavabdeh Nağdalı oğlundan tutularaq Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Cavabdeh Nağdalı oğluna qarşı qanunsuz tikili olan qoyun damı və toyuq hininin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı X3 ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə bağlı ödənilməli olan 300 manat ekspertiza xərcinin 150 manatı iddiaçı X1, 150 manatı isə Cavabdeh Nağdalı oğlundan tutularaq Müstəqil Məhkəmə Ekspertizası Mərkəzinin hesаbınа ödənilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-38/2021 12 mart 2021-ci il İddiaçı: X3 (Şəki rayonu, Baş Zəyzid kəndi) İddiaçının nümayəndəsi: İddiaçı (Şəki rayonu, Baş Zəyzid kəndi) İddiaçının nümayəndəsinin vəkili Vəkil, (Şəki Regional Vəkil Bürosu) Cavabdeh: Cavabdeh Nağdalı oğluna (Şəki rayonu, Baş Zəyzid kəndi) Şəki Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında 12 mart 2021-ci il tarixli, 2(075)-38/2021 saylı qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-38/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-38/2021
12.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver