Məhkəmə qərarları › İş №2(075)-382/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-382/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-382/2021 22.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquq müəyyənedici sənədin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, A-479727 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin payına münasibətdə ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, A-479727 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 8 saylı qərarına əsasən ona Şəki rayonu, Əliyar kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 12890 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A-479727 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin dövlət aktında onun adı və soyadı “Ərizəçi” əvəzinə mexaniki olaraq səhvən “Bəsdi Güləhmədova” kimi göstərilmişdir. Güləhmədova onun atasının, Novruzəliyeva isə anasını soyadıdır. O, mülkiyyətində olan həmin torpaq sahəsi ilə bağlı müəyyən sənədləşmə işləri aparmaq istəsə də, həmin torpaq sahəsi ilə bağlı verilmiş sənəddə ad və soyadındakı uyğunsuzluqlarla əlaqədar onun tələbindən imtina edilmiş və ona həmin yanlışlığın düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin sənəddəki belə bir mexaniki yanlışlığın olması mülkiyyətində olan torpaq sahəsi ilə bağlı əməliyyatların aparılmasına çox çətinliklər yaradır. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisirir. Əizəçi Ərizəçi ailə üzvlərini yaxından tanıyır. Ərizəçinin atasının soyadı Güləhmədov, anasının soyadı isə Novruzəliyeva olmuşdur. Onun hər iki valideyni vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisirir. Əizəçi Ərizəçi ailə üzvlərini yaxından tanıyır. Ərizəçinin atasının soyadı Güləhmədov, anasının soyadı isə Novruzəliyeva olmuşdur. Onun hər iki valideyni vəfat etmişdir. Mülki iş materiallarını araşdırıb, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-479727 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindan görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 8 saylı qərarına əsasən X2 Şəki rayonu, Əliyar kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 12890 kvadrat metr torpaq sahəsi ayrılmışdır. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 dekabr 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, xx xxxxxx 1959-cu il tarixdə anadan olmuş Ərizəçi anası X3r. İşdə olan Şəki şəhər İHB-nin Aydınbulaq kənd İcra Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 24 noyabr 2020-ci il tarixli, 463 nömrəli arayışdan görünür ki, vətəndaşa məxsus A-479727, A479726 cə 479725 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində soyadı səhvən Güləhmədova, adı isə Bəsdi kimi göstərilmişdir. Əslində hər ikisi eyni şəxsdir, yəni Ərizəçidır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi ərizəsində göstərdiyi faktları təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 8 saylı qərarı əsasında 12890 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-479727 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiyinə görə Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 8 saylı qərarı əsasında 12890 kvadrat metr torpaq sahəsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A-479727 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-382/2021 22 fevral 2021-ci il Ərizəçi: Ərizəçi (Şəki rayonu, Əliyar kəndi) Maraqlı şəxs: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (Şəki şəhəri, Heydər Əliyev prospekti) Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2 (075)-382/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-382/2021 22 fevral 2021-ci il Ərizəçi: Ərizəçi (Şəki rayonu, Əliyar kəndi) Maraqlı şəxs: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (Şəki şəhəri, Heydər Əliyev prospekti) Şəki Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2 (075)-382/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar