Məhkəmə qərarları › İş №2(075)-383/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-383/2021

13.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-383/2021 13.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, İddiaçı cavabdeh FHN-nin Şimal-Qərb Regional DYNXİ-nin Şəki rayon bölməsinə qarşı “inzibati xəta haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin ŞQR-DYNXİ-nin Şəki rayon bölməsinin əməkdaşı, X1 mülkiyyətçisi olduğu, Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında yerləşən tikilinin 10 il bundan qabaqki inşası ilə əlaqədar, Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsinin tələbləri əsas göstərilməklə, onun cərimə olunmasına dair, xx.xx.2020-ci il tarixli, MN ******* saylı İnzibati Xəta haqqında protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM- nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. İş materialından görünür ki, Şimal-Qərb Regional DYNİ tərəfindən İddiaçı barəsində MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi sözügedən akt inzibati xəta haqqında protokoldur. Buna görə də İddiaçı “Şimal-Qərb Regional DYNİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı, ******* nömrəli protokolun ləğv edilməsi” tələbi ilə məhkəməyə iddia icraatı qaydasında deyil, inzibati qaydada həmin qərardan məhkəməyə şikayət etməsi tövsiyyə olunur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinin tələblərindən də göründüyü kimi hazırki iş üzrə İddiaçı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərardan məhkəməyə şikayət vermək hüququ olduğu halda, o, həmin tələblə bağlı məhkəməyə iddia icraatı qaydasında müqaciət etmişdir. Buna görə də İddiaçı cavabdeh FHN-nin Şimal-Qərb Regional DYNXİ-nin Şəki rayon bölməsinə qarşı Azərbaycan Respublikası FHN-nin ŞQR- DYNXİ-nin Şəki rayon bölməsinin əməkdaşı, X1 mülkiyyətçisi olduğu, Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında yerləşən tikilinin 10 il bundan qabaqki inşası ilə əlaqədar, Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsinin tələbləri əsas göstərilməklə, onun cərimə olunmasına dair, xx.xx.2020-ci il tarixli, MN ******* saylı İnzibati Xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldıraraq mübahisələndirdiyi qərardan məhkəməyə inzibati qərardan şikayət qaydasında müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh FHN-nin Şimal-Qərb Regional DYNXİ-nin Şəki rayon bölməsinə qarşı Azərbaycan Respublikası FHN-nin ŞQR-DYNXİ-nin Şəki rayon bölməsinin əməkdaşı X1 mülkiyyətçisi olduğu, Şəki şəhəri, M.F.Axundov prospekti ünvanında yerləşən tikilinin 10 il bundan qabaqki inşası ilə əlaqədar, Azərbaycan Respublikasının İXM-nin 518.3-cü maddəsinin tələbləri əsas göstərilməklə, onun cərimə olunmasına dair, xx.xx.2020-ci il tarixli, MN ******* saylı İnzibati Xəta haqqında protokolun ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldıraraq mübahisələndirdiyi inzibati qərardan məhkəməyə şikayət qaydasında müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar