Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-403/2021 25.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahlarından xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment məbləğinin artırılaraq 200 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, Şəki rayon Oraban kənd sakini, Cavabdeh ilə xx xxxxxxx 2017-ci il tarixdə nikahlarını Şəki şəhəri VVADQ Şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan onların xx xxxxxxxx 2018-ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-622/2019 nömrəli qətnaməsinə əsasən onunla Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 371 saylı nikahın pozulması, azyaşlı uşaqları X1 onun himayəsində saxlanılması qət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3620/2018 saylı qətnaməsi iləxx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat alimentin Cavabdeh alınıb ona verilməsi qət edilmiş və Şəki rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 nömrəli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Şəki rayon Oraban kənd sakini Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Lakin bu günki bazar qiymətlərinə görə həmin məbləğ çox azdır və mən maddi cəhətdən çox çətinlik çəkir. Belə ki, Cavabdeh hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur, gündəlik qazancı yaxşıdır. Cavadeh xeyli pul qazanmasına baxmayaraq qazancından uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Həmin məbləğlə uşağımın pal-paltarmın, sağlamlığının və maddi təminatlarının qeydinə qalmaq heç cürə mümkün deyil. Uşağın səhhəti ilə əlaqədar mütəmadi olaraq dərman xərcləri artır. Uşaq böyüdükcə tələbatları da artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı ilə xx xxxxxxx 2017-ci il tarixdə nikahlarını Şəki şəhəri VVADQ Şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan onların xx xxxxxxxx 2018-ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019 cu il tarixli, 2(075)-622/2019 nömrəli qətnaməsinə əsasən onunla İddiaçı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 371 saylı nikahın pozulması, azyaşlı uşaqları X1 İddiaçı himayəsində saxlanılması qət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3620/2018 saylı qətnaməsi iləxx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat alimentin ondan alınıb İddiaçı verilməsi qət edilmiş və Şəki rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 nömrəli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün onndan hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Onun stabil gəliri yoxdur. İddia tələbində göstərilən aliment məbləğini ödəmək onun imkanı xaricindədir. Maddi imkanı olduqca zəifdir. Həmçinin iddiaçı azyaşlı uşaqlarının xərclərinin çoxalması və onun maddi imkanının yaxşılaşması barədə hər hansı bir əsaslı səbəb qeyd etməmişdir İddianı qəbul etmir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı xx xxxxxxx 2017-ci il tarixdə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxxxx 2018-ci il tarixdə Hüseyn adlı oğlu dünyaya gəlmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-622/2019 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli 371 saylı nikahın pozulması, azyaşlı uşaqları X1 İddiaçı himayəsində saxlanılması qət edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3620/2018 saylı qətnaməsi iləxx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat alimentin Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmiş və Şəki rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 392/2020 nömrəli qətnaməsi ilə xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdeh Şəki rayon Oraban kənd sakini Cavabdeh hər ay sabit pul məbləğində 140 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə azyaşlı uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşağın tələbatlarının artması ilə əsaslandırmışdır. Cavabdeh isə iddianı qəbul etmir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(075)-622/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Alıyeva (Abdurahmanova) Gülşən Tərlan qızı ilə Cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixdə Şəki Rayon Qeydiyyat Şöbəsində bağlanmış 371 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan xx xxxxxxxx 2018-ci il tarixdə anadan olmuş uşaqları X1 anası Alıyeva (Abdurahmanova) Gülşən Tərlan qızının yanında qalması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 nömrəli qətnaməsinin məzmunundan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3620/2018 saylı qətnaməsi ilə xx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 110 manat alimentin Cavabdeh alınıb İddiaçı verilməsi və alimentin tutulmasının əvvəlinin xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 nömrəli qətnaməsindən görünür ki, xx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(075)-3620/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 150 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxxxx 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-392/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-403/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-403/2021
25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver