Məhkəmə qərarları › İş №2(075)-404/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-404/2021

19.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-404/2021 19.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq əmək haqqından və bütün digər gəlirlərindən üçdə bir hissədə və hər uşağa 68 manat olmaqla 136 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, o, Cavabdeh ilə xx.xx.2015-ci ildə Şəki rayon Qeydiyyat şöbəsində 106 nömrə ilə qeydə alınmaqla nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2017-ci ildə Əhmədli Zeynəb və xx.xx.2019-cu ildə Əhmədov Heydər adlı övladları dünyaya gəlmişdir. O, 2015-ci ildən ünvan 1 ünvanına gəlin köçərək cavabdehlə birlikdə yaşamışdır. Lakin münasibətləri pozulduğu üçün xx.xx.2020-ci ildən uşaqları ilə birlikdə köçüb atası evinə gəlmişdir. Bu müddət ərzində cavabdeh uşaqların saxlanması üçün heç bir yardım etmir. Cavabdeh X5ndə işləyir və 621 manat əmək haqqı alır. Hazırda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində artımlar əmələ gəlmişdir. Bundan başqa uşağın saxlanılması üçün yaşayış minimumu dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanuna əsasən 2021-ci il üçün yaşayış minimumu artırılaraq uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğ adından da göründüyü kimi uşağın minimum tələblərini ödəmək üçün nəzərdə tutulan məbləğdir. Lakin cavabdehin əmək haqqısı hər bir uşaq üçün təyin olunmuş 175 manat yaşayış səviyyəsini təmin etmir. Buna görədə uşaqlarının saxlanılması üçün cavabdehdən həm gəlirlərinin 1/3 hissəsi, həmdə sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, iddiaçı ilə xx.xx.2015-ci ildə Şəki rayon Qeydiyyat şöbəsində 106 nömrə ilə qeydə alınmaqla nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2017-ci ildə Əhmədli Zeynəb və xx.xx.2019-cu ildə Əhmədov Heydər adlı övladları dünyaya gəlmişdir. İddiaçı, 2015-ci ildən ünvan 1 ünvanına gəlin köçərək onunla birlikdə yaşamışdır. Lakin iddiaçı, xx.xx.2020-ci ildən uşaqları ilə birlikdə köçüb atası evinə getmişdir. Hal-hazırda o, X5 Mühafizə taboru 1-ci mühafizə taqımının 3-cü manqanın komandiri vəzifəsində işləyir və aylıq maaşı 621 manat təşkil edir. O, ailəsinin qayıdaraq onun yanında yaşamasını istəyir. Uşaqları ondan ayrı yaşasa da onlara köməklik edir. İddiaçının tələbi ayrıca yaşamasıdır. Lakin onun evi yoxdur. Lakin dəfələrlə iddiaçıya səbr etməsini demiş və ayrıca ev alaraq yaşayacağını bildirmişdir. Azyaşlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun əmək haqının 1/3 hissəsi miqdarında tutulmasına etiraz etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan AZ-İİ 033186 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxxx 2015-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İşdə olan AZ-İİİ 923322 və AZ-İV 348529 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı xx xxxxx 2015-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuşdur. Onların birgə nikahlarından xx xxxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri pisləşmiş, lakin nikahları pozulmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən; 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahata əsasən cavabdehin X5 Mühafizə taboru 1-ci mühafizə taqımının 3-cü manqanın komandiri vəzifəsində işləməklə əmək haqqısı 621 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalı, aliment həm cavabdehin aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, həm də sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı qızının uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Tərəflərin məhkəmə iclasında verdikləri izahatdan və məhkəməyə təqdim edilmiş Cavabdeh xidməti vəsiqəsinin surətindən göründüyü kimi o, X5 Mühafizə taboru 1-ci mühafizə taqımının 3-cü manqanın komandiri vəzifəsində işləməklə əmək haqqısı 621 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, həmçinin hər ay hər uşaq üçün sabit pul məbləğində 20 manat olmaqla, cəmi 40 manat məbləğində aliment tutularaq iddiaçıya verilməli, aliment tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında, həmçinin hər ay hər uşaq üçün sabit pul məbləğində 20 manat olmaqla, cəmi 40 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar