Məhkəmə qərarları › İş №2(075)-418/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-418/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-418/2021 02.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1551 manat verdiyi qızılın dəyəri olan pulun və 30 manat ödənilməmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, xx xxxxxx 2021-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx xxxx 2021-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsinin sənədləri natamam olduğuna görə iddia ərizəsinin baxılmamış saxlanılaraq geri qaytarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar