Məhkəmə qərarları › İş №2(075)-421/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-421/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-421/2022 07.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Abduəli oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Abduəli oğluna qarşı “icarə haqqının ödənilməsi və torpaq sənədlərinin” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1500 manat icarə haqqının və A-052935, A-052934 nömrəli torpaq sənədlərinin Cavabdeh Abduəli oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 07 fevral 2022-ci il, 04 mart 2022ci il tarixdə məhkəmə hazırlıq iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 07 aprel 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etdi. Cavabdeh Abduəli oğlu isə məhkəmə iclasında iştirak etməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, Cavabdeh Abduəli oğlu isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh Abduəli oğluna qarşı “icarə haqqının ödənilməsi və torpaq sənədlərinin” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 35,40 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver