Məhkəmə qərarları › İş №2(075)-43/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-43/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-43/2022 26.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçılar Nümayəndə1 və İddiaçı3, Cavabdehlər Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Nümayəndə2 və Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə İddiaçılar Nümayəndə1 və İddiaçı3 cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı maddi-mənəvi ziyan və torpağın əkinə yararlı vəziyyətə salınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən ona vurduqları maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat, mənəvi ziyana görə 10000 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat pul vəsaitinin tutularaq ona ödənilməsi, cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2 vəsaiti hesabına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən birgə mülkiyyətçisi olduğu Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi İddiaçı1, X10 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin torpaq sahəsində İddiaçı1 arpa əkmişdir. Əkin işlərinin aparılması ilə bağlı İddiaçı1 1559 manat vəsait xərcləmişdir. Belə ki, torpaq sahəsinin 1 hektarına 1-ci şum üçün 30 manat, 2-ci şum üçün 25 manat, 1 hektara bir dəfə mala üçün 10 manat, bir dəfə toxum səpini üçün 10 manat, 1 hektara 200 kq toxum üçün 124 manat, 1 hektara 100 kq slitera kübrəsi üçün 53 manat, slitera kübrəsinin səpilməsi üçün 3 manat, 5 hektara 150 kq amafos kübrəsi üçün 111 manat, 5 hektara zərərvericilərə qarşı dərman üçün su ilə birlikdə 50 manat, zərərvericilərə qarşı dərmanın səpilməsi üçün 3 manat, 5 hektara alaq otlarına qarşı dərman üçün su ilə birlikdə 93 manat, alaq otlarına qarşı dərmanın səpilməsi üçün 3 manat xərci çıxmışdır. Cavabdehlər Azərbaycan Melorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2 yarıtmaz işi nəticəsində onun birgə mülkiyyətçisi olduğu torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkdiyi arpa məhsulu isə tamamilə məhv olmuşdur. Göstərmişdir ki, 2020-ci ildə taxılla bağlı məhsuldarlıq qənaətbəxş olmuş, 1 ha ərazidən 3500 kq arpa məhsulu əldə edilmişdir. 1 kq arpanın qiyməti isə 0,4 manat təşkil etmişdir. Hesab edir ki, 5 ha ərazidən 17500 kq arpa məhsulu əldə edə bilərdi, 17500 kq arpa məhsulunun dəyəri isə 7000 manat təşkil edir. Həmin 7000 manatdan da onun çəkdiyi 1559 manat xərc çıxıldıqdan sonra o, 5441 manat gəlir əldə edəcəkdi. İddiaçı cavabdehlərə məktubla müraciət edərək, ona dəymiş ziyanın, əldən çıxmış faydanın ödənilməsini və birgə mülkiyyətçisi olduğu torpaq sahəsinin əvvəlki istifadəyə yararlı vəziyyətə salınmasını xahiş etmişdir. Cavabdehlər isə onun bu haqlı tələbini icra etməkdən imtina etmişlər. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı çox böyük mənəvi sarsıntı keçirmişdir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə ona maddi ziyanla yanaşı həm də çox böyük mənəvi ziyan vurmuşlar. Göstərdikləri ilə bağlı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 və vəkili X21 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. İşə məhkəmədə baxılarkən İddiaçı1 27 oktyabr 2021-ci il tarixdə vəfat etdiyi müəyyən olunmuşdur. Məhkəmədə İddiaçı1 hüquqi varisləri olan Nümayəndə1 və İddiaçı3 vəfat etmiş analarını onlarla əvəz edilməsini və prosesin davam etdirilməsini xahiş etmişlər. Odur ki, məhkəmə İddiaçı1 hüquqi varisləri olan və qeyd olunan torpaq sahəsinin hazırda mülkiyyətçiləri Nümayəndə1 və İddiaçı3 MPM-in 58 və 261.0.7-ci maddələrinin tələbləri baxımından İddiaçı1 ilə əvəz etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Nümayəndə1 göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsi İddiaçı1, X10 və İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində mərhum anası arpa əkmiş və 1559 manat xərcləmişdir. Anası dünyasını dəyişmişdir. Anasının digər vərəsəli həmin torpaq sahəsindən imtina etmişlər və hazırda həmin torpağın mülkiyətçiləri, o və bacısı İddiaçı3dır. Cavabdehlər Azərbaycan Melorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2 tərəfindən su anbarının daşdırılması nəticəsində onların mülkiyətində olan X11 qərarı əsasında verilmiş torpaq sahəsi su altında qalaraq yararsız hala düşmüş, əkilən arpa məhsulu isə tamamilə məhv olmuşdur. Göstərmişdir ki, 2020-ci ildə taxılla bağlı məhsuldarlıq qənaətbəxş olmuş, 1 ha ərazidən 3500 kq arpa məhsulu əldə edilmişdir. 1 kq arpanın qiyməti isə 0,41 manat təşkil etmişdir. Hesab edir ki, 5 ha ərazidən 17500 kq arpa məhsulu əldə edə bilərdi, 17500 kq arpa məhsulunun dəyəri isə 7000 manat təşkil edir. Həmin 7000 manatdan da onun çəkdiyi 1559 manat xərc çıxıldıqdan sonra o, 5441 manat gəlir əldə edəcəkdi. Onlar cavabdehlərin bu hərəkətləri nəticəsində çox böyük mənəvi sarsıntı keçirmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddiaçı Nümayəndə1 qızı ilə eyni məzmunlu izahat verərək iddanın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, iddiaçının maddi ziyanın ödənilməsi tələbinə dair iddiasına etiraz edir. Belə ki, iddiaçının əkib becərdiyi və məhsul əldə edəcəyini iddia etdiyi sahə onlara məxsus deyildir. Həmin sahə vaxtı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 12 sentyabr 1986-cı il 289 nömrəli qərarına əsasən Şəki rayonunun Cəyirli kəndi ərazisində ümumi su tutumu 1,23 mln kbm olan su anbarının tikintisi üçün həmin ərazidə yerləşən “M.F.Axundov” adına kolxozun, “Şəfəq” kolxozunun, “Ordjonikidze" adına sovxozun və dövlət meşə fondunun ərazilərindən ümumilikdə 104.73 ha, o cümlədən 82,91 ha su anbarının tikintisinə torpaq sahəsi ayrılmışdır. Tikintisi 1986- 1989-cu illərdə aparılmış su anbarında əsas qurğular olan torpaq bənd və birləşmiş su keçirici qurğu vasitəsi ilə “Cəyirli arx” torpaq kanalının su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374 s nömrəli sərəncamı ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 2013-cü ildə təsdiq olunmuş layihə tapşırığına əsasən Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidənqurulması işlərinin aparılması nəzərdə tutulmuşdur. İşçi layihədə 1986-1989-cu illərdə tikilmiş mövcud su anbarının əsas qurğuları olan torpaq bənd və birləşmiş su keçirici qurğudan maksimum dərəcədə istifadə edilməsi, eləcə də onların bəzi hissələrinin gücləndirilməsi vasitəsi ilə normal iş rejiminin təmin olunması üçün bir sıra layihə tədbirləri həyata keçirilmişdir. Layihədə mövcud su anbarının və qurğuların parametrləri, həndəsi ölçüləri və digər göstəriciləri 1980-cı illərdə yerinə yetirilmiş işçi layihədə olduğu kimi saxlanılmışdır. Cəyirli su anbarında yenidənqurma işləri 2014-cü ildən başlayaraq hissə-hissə 2021-ci ilin fevral ayına qədər davam etdirilmişdir. Şəki şəhər İcra Hakimiyyəti Başçısının birinci müavininin, Şəki şəhər İcra Hakimiyyəinin Tikinti və Memarlıq şöbəsi müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi müdirinin, Şəki rayonu Gigiyena və Epidemiologiya mərkəzi direktorunun və Cavabdeh2 rəisinin imzaları və möhürləri ilə təsdiq olunaraq razılaşdırılmış “Şəki rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarının yenidən qurulması Baş Planı” 2013-cü ildə Şəki şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmişdir. Layihəyə uyğun olaraq su anbarının güzgü sahəsi 27 ha-dır. Yəni su anbarı layihəyə uyğun su ilə tam dolduqda onun su səthinin sahəsi 27 ha olur. Layihənin texniki iqtisadi göstəricilərinə uyğun olaraq anbarın maksimum basqı səviyyəsi 254 metrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş, su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadə edilməsi qaydalarının 15;22:23 maddələrinə əsasən su anbarı su ilə tam dolduqdan onun su səthindən güzgü sahəsi boyu 80 metr mühafizə zolağı nəzərdə tutulur. Bu zolaqda hər hansı əkin işlərinin aparılmasına icazə verilmir. Göstərmişdir ki, 1997-ci ildə torpaq islahatları aparılarkən Cəyirli su anbarının tikintisi üçün vaxtı ilə yuxarıda qeyd etdikləri qərarlara əsasən ayrılmış torpaq sahələri aidiyyatı üzrə qrumlar tərəfindən nəzərə alınmamış və bələdiyyə onları öz torpaqları kimi istifadə etməyə qərar vermişdir. Cavabdeh2 istisnar təşkilatı olaraq əsaslı tikinti işlərinin aparılması ilə məşğul olmur. Sifarişçi təşkilat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan Meliorasiya və X1 Müdiriyyətidir. Cavabdehlərin qeyd olunan torpaq sahəsinə dair iddiaçıların adına verilmiş cıxarışın ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə müracət etmişlər. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2ndən nümayəndəsi X7 da cavabdeh Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyətin nümayəndəsi Nümayəndə2 izahatına oxşar məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 29 noyabr 2016-cı il tarixli Torpaq sahəsinin plan və ölçü sənədindən, eyni zamanda RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Şəki rayonu, Qozlubulaq kəndində yerləşən **********08 reyestr nömrəli 5 hektar torpaq sahəsi İddiaçı1, X6 və İddiaçı3 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə elektron informasiya sistemindən çıxarılmış son məlumatlardan görünür ki, İddiaçı1 27 oktyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2021-ci il tarixli, 410 nömrəli vərəsiliyə dair arayışdan görünür ki, İddiaçı1 27 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və mərhumun varisləri: mərhum əri X13, oğlu Nümayəndə1, qızı X8, qızı X4 və qızı İddiaçı3dır. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 20 aprel 2022-ci il tarixli, **********08 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki rayonu, Qozlubulaq kəndində yerləşən 5.0 ha torpaq sahəsinin ½ hissəsi Nümayəndə1 qızının, ½ hissəsi İddiaçı3 adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şəki rayonu Cəyirli Bələdiyyəsinin 29 may 2021-ci il tarixli, 17 nömrəli arayışından görünür ki, X3 rayonu, Qozlubulaq kəndində RX ******* nömrəli Çıxarışa əsasən mülkiyyətinə verilmiş 5 hektar pay torpaq sahəsində arpa əkib becərmişdir. Həmin sahə hazırda Cavabdeh2nə məxsus su anbarının suları altında qalaraq tamamilə yararsız vəziyyətə düşmüşdür. İş materiallarına əlavə edilmiş X27 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, Nümayəndə1 və yerli qurumların nümayəndələri ilə birlikdə RX ******* nömrəli Çıxarışda qeyd edilən 5 hektar torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində arpa əkildiyi və su çəkildikdən sonra ərazidə lil qatının qalması müəyyən edilmişdir. Şəki Rayonunun Qozbulaq kənd sakini İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xidməti tərəfindən verilmiş (RX 0947006) çıxarışı olan 5 hektar pay torpaq sahəsində 2020-ci ilin payızında 2021-ci ilin məhsulu üçün səpilmiş arpa sahəsində görülmüş işlərə sərf edilən xərclərə dair Şəki DAİM tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 5 hektar arpa sahəsində gördüyü aqrotexniki tədbirlər üçün 1806 manat vəsait xərcləmişdir. İş materiallarına əlavə edilmiş Şəki rayonu Cəyirli Bələdiyyəsinin 15 sentyabr 2022-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, 2020-ci ildə məhsuldarlıq bir hektar üçün 3500 kiloqram olmuşdur. Arpanın bir kq 2020 və 2021-ci illər üçün 0,41 manat olmuşdur. İş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli 10/941, 9/927, 7/140 nömrəli rəyində qeyd edilmişdir ki: Şəki rayonu Qozlubulaq kəndində yerləşən, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X10 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 5 hektar torpaq sahəsi naturada faktiki istifadə üzrə təqdim olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Şəki rayonu Qozlubulaq kəndində yerləşən, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X10 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 5 hektar torpaq sahəsinin əkinə qismən yararsız olduğu müəyyən olunmuşdur. Belə ki, həmin torpaq sahəsinin əkinə yararlı hala salınması üçün yararsız hala düşmüş münbit qatın texnika ilə yığılması, ərazidən çıxarılan torpaq həcmində münbit torpağın əraziyə daşınması, tökülmüş torpağın hamarlanması və sair aqrotexniki tədbirlər həyata keçirilməlidir. Şəki rayonu Qozlubulaq kəndində yerləşən, reyestr nömrəsi **********08, qeydiyyat nömrəsi ********** olan RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X10 və İddiaçı3 ümumi birgə mülkiyyətində olan 5 hektar torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi məqsədi ilə lazımi aqrotexniki qulluq üçün 19500 manat maliyyə vəsaiti tələb olunur. Bura daxildir: - Yararsız hala düşmüş münbit qatın texnika ilə toplanması: 1 hektar üçün 200 manat olmaqla, 5 hektar üçün 1000 manat; - Toplanmış torpağın yük maşınlarına yüklənməsi və ərazidən daşınması: 1 hektar üçün 1750 manat olmaqla, 5 hektar üçün 8750 manat; - Ərazidən çıxarılan torpaq həcmində münbit torpağın təkrarən əraziyə daşınması: 1 hektar üçün 1800 manat olmaqla, 5 hektar üçün 9000 manat; - Tökülmüş torpağın hamarlanması: 1 hektar üçün 150 manat olmaqla, 5 hektar üçün 750 manat. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı1, X10 və İddiaçı3 ümumi birgə mülkiyyətində və hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********08 reyestr nömrəli Çıxarışa əsasən Nümayəndə1 və İddiaçı3 paylı mülkiyətində olan Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsində iddiaçılar tərəfindən arpa əkilmişdir. Torpaq sahəsinin əkilməsi üçün iddiaçı tərəfindən 1559 manat məbləğində xərc çəkilmişdir. 2020-ci ilə nəzərən çəkilmiş həmin xərcin qarşılığında iddiaçı həmin torpaq sahəsinin hər hektarından 3500 kiloqram, ümumilikdə 17500 kiloqram arpa əldə etməyi planlaşdırmışdır. Qeyd edilən ildə arpanın 1 kiloqramının qiyməti 0,41 manat təşkil etmişdir. Həmin məzənnə ilə hesabladıqda 17500 kiloqram arpanın dəyəri 7175 manat təşkil edəcəkdi. 7175 manat gəlirdən də torpağın əkilməsinə çəkilmiş 1559 manat xərci çıxdıqda görünür ki, iddiaçı 5616 manat məbləğində gəlir əldə edəcəkdi. Lakin Cavabdeh2 su anbarından və ötürücü kanallardan axıdılan su kanaldan daşaraq iddiaçının mülkiyyətində olan torpağın münbit qatını korlamış və əkin sahəsini yararsız hala salmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəalarının yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulduğunu qeyd etmişdir. Qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin təfsirindən göründüyü kimi, qanunvericilik mülki hüquq məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusunun tərkibini təşkil edən zərərin vurulması, borcunun (zərərvuranın) hüquqa zidd, yəni qeyriqanuni davranışı, borclunun (zərərvuranın) hüquqa zidd davranışı ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri olması kimi elementləri ilə şərtləndirmişdir. Məhkəmə bununla yanaşı iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, iddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehlərin təqsirli hərəkətinin olması, yəni iddiaçıların istifadəsində olan torpaq sahəsinin hər hansı bir hüquqi əsası olmadan yararsız hala salınması müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə, mütəxəssis və ekspert rəyləri ilə tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçıların torpaq sahəsinin su anbarının mühafizə zonasında yerləşməsi və bina görə də həmin torpaq sahəsində əkin işlərinin aparılmasının qanunsuz olduğuna dair cavabdehlərin bildirdiklərinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ekspertizanın rəyindən isə müəyyən olunur ki, iddiaçılar qüvvədə olan çıxarışa əsəsən mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edirlər. Bu isə, onu deməyə əsas verir ki, iddiaçılar həm ziyan vurulan anda həm də halhazırda istifadə etdikləri torpaq sahəsinin qanuni sahibləri olmuşlar və cavabdehlər tərəfindən onlara vurulan zərərin əvəzini tələb etməkdə haqlıdırlar. “X9rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Buna görə də, iddiaçılar onlara dəymiş zərəri cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən tələb etməkdə haqlıdır. Bundan başqa iddiaçılar iddia tələbində cavabdehlərin hərəkətləri nəticəsində onlara mənəvi zərər vurduğunu bildirərək, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyi, «İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığını, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Yuxarıda qeyd olunan Qərarın 8-ci bəndinə əsasən izah olunmuşdur ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №li Qərarının 6-cı bəndinə əsasən iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə iclasında iddiaçıların iddiasının mənəvi zərər tələbinə dair hissəsini əsaslandırdığı halların nədən ibarət olması, özünün hansı fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə keçirdiyi fiziki və mənəvi sarsıntıların nədə ifadə olunması, bunların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 10000 manat məbləğində mənəvi ziyan hissəsində əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyaaraşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən maddi ziyana görə iddiaçıların tələb etdiyi məbləğdə, yəni 1559 manat, əldən çıxmış faydaya görə isə 5441 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçılara verilməli, cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2 vəsaiti hesabına RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçıya məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilən dövlət rüsumunun 17 manatı iddiaçıların özlərinə aid edilməklə, 13 manatı cavabdehlərdən müştərk qaydada tutularaq iddiaçılara ödənilməlidir. İş üzrə məhkəmə xərci olan kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 59 manatı iddiaçılardan, 41 manatı isə cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən maddi ziyana görə 1559 manat, əldən çıxmış faydaya görə 5441 manat alınaraq iddiaçılar Nümayəndə1 və İddiaçı3 verilsin. Cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2 vəsaiti hesabına iddiaçılara məxsus Şəki rayonu Qozlubulaq kəndində yerləşən 5 ha torpaq sahəsinin əkinə yararlı vəziyyətə salınsın. Ödənilən dövlət rüsumunun 17 manatı iddiaçıların özünə aid edilməklə, 13 manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 59 manatı iddiaçılar Nümayəndə1 və İddiaçı3, 41 manatı isə cavabdehlər Azərbaycan Meliorasiya və X24 Səhmdar Cəmiyyəti və Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver