Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-434/2021 27.01.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlu, Ərizəçi “doğum faktlarının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin verilməsi və həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması” tələbinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 xx xxxx 1966-cı il tarixdə doğulması faktının müəyyən edilməsi, anası X6 barəsində doğum haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamələrin verilməsi vəzifəsinin Şəki rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi, akt qeydində və şəhadətnamədə atasının- X7, milliyətcə azərbaycanlı, anasının-X5, milliyətcə azərbaycanlı kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki,Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. İş materialına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X9 tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 989 nömrəli arayışın surətindən görünür ki, Şəki rayonu, Aşağı Göynük kənd XDS İcraiyyə Komitəsinin 1983- 1985-ci illərin Aşağı Layısqı kəndinin təsərrüfatbaşına kitabına əsasən X3 təsərrüfatında ailə başçısı olduğu və qızı X1 xx.xx.1966-cı ildə anadan olması qeyd edilmişdir. Göründüyü kimi X1 xx.xx.1966-cı ildə anadan olması faktı məlumdur və ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilər. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Şəki rayon Qeydiyyat şöbəsi hal-hazırda fəaliyyət göstərməklə mövcuddur. Buna görə də məhkəmə Ərizəçi tövsiyyə edir ki, o, xx.xx.1966-cı il tarixdə anadan olmuş X4 doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etməli, həmin qurum tərəfindən onun müraciətindən imtina edildiyi təqdirdə “doğum faktlarının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin verilməsi və həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması” tələbi ilə Şəki rayon məhkəməsinə deyil, “doğum haqqında şəhadətnamələrin verilməsi və həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması öhdəliyinin Şəki rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə olan halda ərizəçi yaşayış yeri üzrə hazırkı ərizəyə baxılması ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də Ərizəçi hazırkı tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “doğum faktlarının müəyyən edilməsi, doğum haqqında şəhadətnamələrin verilməsi və həmin şəhadətnamədə müvafiq qeydlərin aparılması” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-434/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-434/2021
27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver