Məhkəmə qərarları › İş №2(075)-449/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-449/2021

10.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-449/2021 10.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğinin artırılaraq 175 manat sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2015-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş və xx xxxxxxxx 2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulan zaman bir azyaşlı qızı yəni, xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş Leyla Mustafazadə onun himayəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat və uşağın üç yaşına çatanadək saxlanılması üçün 30 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə tərəfindən alimentin müəyyən edilməsindən ötən müddət ərzində himayəsində olan uşağın tələbatları artmışdır. O isə təkbaşına himayəsində olan uşağın tələbatlarını ödəyə bilmir. Məhkəmə tərəfindən təyin olunan alimentlə uşağın çox cüzi bir tələbatının ödənilməsi mümkündür. Bundan başqa uşağın üç yaşı tamam olduğundan aylıq 30 manat aliment dayandırılmışdır. Uşaq körpə olduğundan onu qoyub işləyə bilmir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh göstərdi ki, həqiqətən də İddiaçı ilə birgə nikahlarından xx xxxxxx 2017-ci il tarixdə Leyla adlı uşaqları anadan olmuşdur. Onlar arasında ailə münasibətləri baş tutmadığından aralarındakı nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan anadan olan uşaq iddiaçının himayəsində saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birgə nikahdan anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat və uşağın üç yaşına çatanadək saxlanılması üçün 30 manat aliment təyin edilmişdir. Özü məktəbdə kiçik xidmətedici vəzifəsində işləyir. Aylıq maaşı 260 manatdır. Başqa gəliri və qazanc yeri yoxdur. Uşağın saxlanılması üçün aliment ödəməkdən imtina etmir. Lakin alimentin təyin edilməsi zamanı bütün bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında mülki proses tərəflərinin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxxxx 2017-ci il tarixdə Leyla adlı uşaqları anadan olmuşdur. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat və uşağın üç yaşına çatanadək saxlanılması üçün 30 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Uşağın üç yaşı tamam olduğundan 30 manat vəsaitin verilməsi dayandırılmışdır. İddiaçı həmin aliment məbləği ilə X1 tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 120 manat və uşağın üç yaşına çatanadək saxlanılması üçün 30 manat alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan 4 saylı X3 Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 74 nömrəli arayışdan görünür ki, Cavabdeh 2014-cü ildən Turan qəsəbə tam orta məktəbindən kiçik xidmətedici vəzifəsində işləyir və aylıq maaşı 260 manatdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-125/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar