Məhkəmə qərarları › İş №2(075)-47/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-47/2021

16.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-47/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Fövqəladə Halla Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət X4 və Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və Torpaq şöbəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən, rekonstruksiya olunaraq istismara tam yararlı və mülkiyyətində olan 0,0074 hektar torpaq sahəsində tikdirdiyi qeyri-yaşayış binasına onun mülkiyyət hüququnun tanınmasə, yəni adına dövlət qeydiyyatına alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, növbəti məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixdə keçirilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında məhkəmə-tikintitexniki ekspertizasının keçirilməsi qərara alınmış və mülki iş üzrə icraat dayandırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspert rəyi xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Mülki iş üzrə icraat təzələnərək, növbəti məhkəmə baxışı iclası bu günə, xx xxxxxx 2021-ci il tarixə saat 11:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. İddiaçı nümayəndəsi X5 məhkəməyə ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 oğlu iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Halla Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət X7 və Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və Torpaq şöbəsinin nümayəndələri isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etmədi, həmçinin maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Halla Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət X7 və Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və Torpaq şöbəsinin nümayəndələri isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda iddia ərizsiə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Həmçinin, keçirilmiş 100 manat ekspertiza xərci İddiaçı alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs Azərbaycan Respublikası Fövqəladə Halla Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb Regional Dövlət X4 və Şəki şəhər İcra Hakimiyyətinin Memarlıq və Torpaq şöbəsinə qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Mülki iş üzrə keçirilmiş 100 manat ekspertiza xərci İddiaçı alınıb Dövlət büdcəsinə- Az. MEM, VÖEN**********,Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İddiaçı «xxxx» ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar