Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-486/2021 02.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızının, Cavabdeh iştirakları ilə İddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan anadan olmuş 17 sentyabr 2010cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X3 adlı övladlarının saxlanması üçün məbləğin artırılaraq hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızı məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh ilə 26 may 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 17 sentyabr 2010-cu il tarixdə Gülxanım və 08 mart 2015-ci il tarixdə Elay adlı uşaqları anadan olmuşdur. Cavabdehlə nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnaməyə əsasən nikahları pozularkən azyaşlı uşaqları onun yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Müəyyən olunan həmin aliment məbləği uşaqlarının maddi-mənəvi, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün kifayət etmir. Cavabdeh fərdi sahibkardır və onun maşını, qazancı vardır. Hazırda cavabdehin ona ödənilməli olan 300 manat aliment borcu vardır. Hesab edir ki, iddiası əsaslıdır və iddiasını müdafiə edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, o, iddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızı ilə 26 may 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 17 sentyabr 2010-cu il tarixdə Gülxanım və 08 mart 2015-ci il tarixdə Elay adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan münasibətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmin qətnaməyə əsasən nikahları pozularkən azyaşlı uşaqları iddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızının yanında saxlanılmış və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat alimentin tutularaq iddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızına ödənilməsi qərara alınmışdır. O, təyin edilmiş aliment məbləğini çətinliklə ödəyir. Hazırda iddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızına ödənilməli olan 300 manat aliment borcu vardır. Özünün kafesi olsa da, həmin kafeni aylıq 150 manata icarəyə vermişdir. Pandemiya ilə bağlı həmin kafe də uzun müddətdir ki, işləmir. Hazırda özü də heç bir yerdə işləmir. Özünü dolandıra bilmir. Naxçıvanda hərbidə olan qardaşı dolanması üçün ona maddi köməklik göstərir. Bütün bunlara görə iddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında tərəflərin izahatları və təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızı Cavabdeh ilə 26 may 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların 17 sentyabr 2010-cu il tarixdə Gülxanım və 08 mart 2015-ci il tarixdə Elay adlı uşaqları anadan olmuşdur. Sonradan onlar faktiki olaraq ayrılmışlar və aralarında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, eyni zamanda 17 sentyabr 2010-cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat aliment tutularaq İsmayılova (Hüseynova) Elnarə Rafiq qızına verilməsi qərara alınmışdır. İddiaçı himayəsində olan uşaqlarının saxlanılması üçün hər uşaq üçün qət edilmiş 130 manat aliment məbləği ilə uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etmir. İşdə olan Şəki Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2 (075)-96/2020 nömrəli qətnaməsindən görünür ki, Hüseynova (İsmayılova) Elnarə Rafiq qızı ilə Cavabdeh arasında 26 may 2010-cu il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 92 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşağı-17 sentyabr 2010-cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X3 anaları Hüseynova (İsmayılova) Elnarə Rafiq qızının yanında saxlanılmış, 17 sentyabr 2010-cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq Hüseynova (İsmayılova) Elnarə Rafiq qızına verilməsi və alimentin tutulmasının əvvəlinin 10 oktyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi 17 sentyabr 2010-cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh alimentin alınmasına dair Şəki Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2 (075)-96/2020 nömrəli qətnaməsi vardır. Həmin məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan bu vaxtadək iddiaçının maddi durumu və ya həyat şəraiti ilə bağlı onun vəziyyətini pisləşdirəcək, cavabdehin isə maddi vəziyyətini yaxşılaşdıracaq şəkildə heç nə dəyişməmişdir. Bunun əksini sübut edən hər hansı bir hal iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədi. İddiaçı qanuna əsasən onun iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızının Cavabdeh qarşı Cavabdeh birgə nikahdan anadan olmuş 17 sentyabr 2010-cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X3 adlı övladlarının saxlanması üçün məbləğin artırılaraq hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment məbləğinin alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı İsmayılova (Hüseynova) Elnarə Rafiq qızının Cavabdeh qarşı Cavabdeh birgə nikahdan anadan olmuş 17 sentyabr 2010-cu il təvəllüdlü X1 və 08 mart 2015-ci il təvəllüdlü X3 adlı övladlarının saxlanması üçün məbləğin artırılaraq hər bir uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment məbləğinin alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-486/2021 02 mart 2021-ci il İddiaçı: İsmayılova (Hüseynova) Elnarə Rafiq qızına (Şəki şəhəri, Şəhriyar küçəsi ev 46) Cavabdeh: Cavabdeh (Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 193, ev 24) Şəki Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2 (075)-486/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-486/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-486/2021
02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver