Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-497/2021 19.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh1 ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2ncan müştərək qaydada iddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 12953.01 manat kredit borcu, 1622.29 manat faiz borcu və 3071.77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17647 (on yeddi inin altı yüz qırx yeddi) manat 07 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması bаrədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 17046.99 manat ödəmiş, onun 12953.01 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitlər kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 209 gün üçün hesablanmış faiz borcu 1622.29 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, ona İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 005L**********44 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Uzunmüddətli kredit müqaviləsi üzrə onun öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Lakin pandemiya ilə əlaqədar işləri çətinləşdiyindən, maddi imkanı olmadığına görə banka olan borcunu vaxtında ödəyə bilməmişdir. Buna baxmayaraq iddia tələbində göstərilən əsas və faiz borcunu qəbul edir, cərimə hissəsində ona köməklik göstərilməsini xahiş edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı QSC, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi Emin Əliyev xx xxxxx 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklər. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmaını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 005L**********44 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 300000 ABŞ dolları kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Mülki işdə olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması kredit razılaşmasından görünür ki, sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat kredit verilmişdir. Mülki işdə olan xx xxxxxx 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyət daşıyırlar. Mülki işdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə xx.xx.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 12953.01 manat kredit borcu, 1622.29 manat faiz borcu və 3071.77 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17647 manat borcu vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 448.2, 472.1, 739 və 741-ci maddələrinin tələblərini əsas götürmüşdür. Zaminlərlə İddiaçı QSC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zaminlər Cavabdeh3 və Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 465.2 və 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı QSC-nin hazırkı iddia tələbinin 3071,77 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. İddiaçı QSC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləğinin Cavabdeh1 ödənilməsinə baxmayaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 tərəfindən kredit və zaminlik müqaviləsinin şərtlərinə tam şəkildə əməl edilməmişdir. Bu səbəbdən də İddiaçı QSC ödənilməmiş kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 12953.01 manat kredit borcu, 1622,29 manat faiz borcu və 100 manat cərimə olmaqla, ümumilikdə 14675,3 manat məbləğində borc Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməli, tənasübsüz dərəcədə yüksək hesablandığından 3071,77 manat cərimə tələbinin 2970,77 manatına dair hissəsi təmin edilməməlidir. Həmçinin iddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 223 və 227.1-cı maddələrinin tələblərinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 12953,01 manat əsas kredit borcu, 1622,29 manat faiz borcu və 100 manat cərimə olmaqla, ümumilikdə 14675,3 manat məbləğində borc Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 30 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən, surəti alındığı vaxtdan 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-497/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-497/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver