Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-499/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 xx xxx 2019-cu il tarixli, SKM- 0442/2_KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4347,06 (dörd min üç yüz qırx yeddi manat 06 qəpik) manat, faiz borcuna görə 10,2 (on manat 20 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 4357,26 (dörd min üç yüz əlli yeddi manat 26 qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, xx xxxxxx 2021-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx xxxx 2021-ci il tarixə, saat 12:20-yə təyin edilmişdir. xx xxxx 2021-ci il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, MPM-nin 259.1.11-ci maddəsinə istinadən iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qəradad qəbul edilməsini, bu səbəbdən ərizənn və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə göndərmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-499/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-499/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver