Məhkəmə qərarları › İş №2(075)-519/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-519/2021

29.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-519/2021 29.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İBnə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh İB-nin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 12960 m3 qanunsuz sərfiyyata, bunun üçün ödəməli olduğu 1296 manat üçün tərtib edilmiş 30.12.2020-ci il tarixli aktın və dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına (dəqiqləşdirilməsinə) dair ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən 30.12.2020-ci il tarixdə ona əsassız olaraq yazılmış 1296 manat cərimənin hesabından silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması (dəqiqləşdirilməsi) barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. 15.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi, Cavabdeh İB-nin İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, İddiaçı 1356,40 manat əsas borcun, 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının, ümumilikdə 1386,80 manat borcun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək bildirdi ki, iddia ərizəsi üzrə akt əsasında hesablanmış 1296 manat botc məbləği oğlu tərəfindən tam ödənilmişdir. Buna görə də, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İB nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Lakin Cavabdeh İB-nin nümayəndəsi X1 29 oktyabr 2021-ci il tarizdə məhkəməyə elektron qaydada ərizə göndərərək bildirmişdir ki, keçən müddət ərzində İddiaçı tərəfindən qaz hesabında müəyyən edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, 29.10.2021-ci il saat 09:00-a təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və ilkin iddianın baxılmamış saxlanılması barədə tərəf ərizə təqdim etdiyindən eyni zamanda qarşılıqlı iddianın da borcun ödənilməsi səbəbindən baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı ilkin iddia ərizəsinin, Cavabdeh İB-nin nümayəndəsi X1 isə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmişlər, Cavabdeh İB-nin nümayəndəsi X1 ilk iddia ərizəsinə, İddiaçı isə qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq ilk və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ilk və qarşılıqlı iddiaçılara izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ilk iddiası və Cavabdeh İB-nin İddiaçı qarşı “borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlk və qarşılıqlı iddiaçılara izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar