Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-520/2021 08.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclunun məcburi gətirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İşdə olan sənədlərdən də məlum olur ki, İddiaçı ərizə ilə Cavabdeh borclunun məcburi gətirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının istəyi onun məcburi gətirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsidir. İddiaçı işə onun məcburi gətirilməsi barədə xx.xx.2020-ci il tarixli qərarı əlavə etmədiyindən onun hansı məhkəmə tərəfindən qəbul edilməsi məlum deyil. Ümumiyyətlə məlum olsa belə iddiaçı həmin qərarın ləğvi ilə bağlı məhkəməyə iddia icraatı qaydasında deyil, həmin qərarın özündən məhkəməyə şikayət etməli idi. Belə olan halda iddiaçının məhkəməyə etdiyi hazırkı müraciətinə iddia icraatı qaydasında baxılması yolverilməzdir. Buna görə məhkəmə iddiaçıya həmin qərardan məhkəməyə adi qaydada şikayət vermək hüququnun olmasını izah edir. Buna görə də məhkəmə İddiaçı əvvəlcə Cavabdehnə müraciət etməsi bundan sonra icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar qərarını əldə etdikdən sonra məhkəməyə müraciət etməsi tövsiyyə olunur. Bu səbəbdən də İddiaçı hazırkı tələbinə Şəki Rayon Məhkəməsində baxılması yolverilməzdir. Ona görə də İddiaçı mövcud iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 149-152, 231, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-520/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-520/2021
08.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver