Məhkəmə qərarları › İş №2(075)-538/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-538/2021

08.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-538/2021 08.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, ailələrinə verilmiş KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının və KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sonradan məhkəməyə tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının payına münasibətdə Ərizəçi1 və KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin isə paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələblərinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi1ərizədə göstərilən tələbi müdafiə edərək izahatında göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən ona və anası X7 Şəki rayonu, Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,67 hektar torpaq sahəsi, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən ona, anası X7, arvadı Ərizəçi2, qızı X16 Şəki rayonu, Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında və KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun adı “Qinyaz” əvəzinə mexaniki olaraq səhvən “Qnyaz” kimi, atasının adı isə “Sədullah” əvəzinə mexaniki olaraq səhvən “Əsədullah” kimi, KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həmçinin arvadı Rəsmiyənin adı “Rəsmiyə” əvəzinə mexaniki olaraq səhvən “Rəsmiyyə” kimi, arvadının atasının adı isə Tarıverdi əvəzinə mexaniki olaraq səhvən Tarverdi kimi göstərilmişdir. Onlar həmin torpaq sahəsindən öz paylarına düşən hissə ilə bağlı müəyyən sənədləşmə işləri aparmaq istəsələr də, həmin torpaq sahəsi ilə bağlı verilmiş sənəddə qeyd edillən yanlışlara görə onların tələblərindən imtina edilmiş və onlara həmin yanlışlığın düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin sənəddəki belə bir mexaniki yanlışlığın olması paylı mülkiyyətində olan torpaq sahəsi ilə bağlı əməliyyatların aparılmasını mümkünsüz edir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi2 və maraqlı şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Ərizəçi2 və maraqlı şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, o, Ərizəçi2 qardaşıdır. Onun atasının adı Tarıverdi olduğu kimi Ərizəçi1 atasının adı isə Sədullahdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, ərizəçi Qinyaz onun bacısı oğludur. Bacısının əriinin, yəni Qinyazın atasının adı Sədullah olmuşdur. Qinyazın arvadı Rəsmiyənin atasının adı isə Tarıverdidir. Mülki iş materiallarını araşdırıb, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 izahatlarını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tələbləri əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən X13 və X7 Şəki rayonu, Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,67 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarına əsasən X13, X7, X4, X16 Şəki rayonu, Baş Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 0,10 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Respublika Dövlət Arxivinin Şəki filialı tərəfindən verilmiş 11 fevral 2021-ci il tarixli, 117nömrəli arxiv arayışında göstərilmişdir ki, Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyinin 1996-2000-ci illərin təsərrüfatbaşına kitabına əsasən X5 təsərrüfatında ailə başçısı olduğu və təsərrüfatında torpağının cəmi 1998-ci ildə 1067,4 tikili altında isə 122,5 olması qeyd edilmişdir. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1975-cı il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş Ərizəçi2 Şəki rayonu, Baş Zəyzid kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1977-cı il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş Ərizəçi1 Şəki rayonu, Baş Zəyzid kəndində qeydiyyatdadır. İşdə olan AZE seriyalı 03721014 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 dekabr 1949-cu il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olmuş X3 rayonu, Baş Zəyzid kəndində qeydiyyatdadır. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyi tərəfindən 09 iyun 1998-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X6 arasında 09 iyun 1998-ci il tarixdə Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyində bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 156 nömrəli arayışda göstərilmişdir ki, JN-100 saylı torpaq aktında adı göstərilən Ərizəçi1 Əsədullah oğlu ilə Ərizəçi1 eyni şəxsdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli, 156/1 nömrəli arayışda göstərilmişdir ki, JN-222F saylı torpaq aktında adları göstərilən X18, X9, X19, Ərizəçi2 eyni şəxslərdir. İşdə olan Şəki rayonu, Baş Zəyzid kənd Soveti tərəfindən verilmiş 06 noyabr 1975-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1975-ci il təvəllüdlü X1 atası X2, anası X10r. İşdə olan Şəki rayonu, Baş Zəyzid kənd Soveti tərəfindən verilmiş 10 oktyabr 1977-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxxx 1977-ci il təvəllüdlü Ərizəçi1 atası X21, anası X11r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizələrində göstərdikləri faktları təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilməmişlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin payına münasibətdə Ərizəçi1 məxsus olması hüquqi faktı və Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Tələb etmədiklərinə görə ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu xərci onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40407018, JN-100 nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamənin payına münasibətdə Ərizəçi1 məxsus olması hüquqi faktı müəyyən edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş KOD 40407018, JN 222F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin paylarına münasibətdə Ərizəçi1 və Ərizəçi2 məxsus olması hüquqi faktı müəyyən edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 dövlət büdcəsinə ödədikləri 10 (on) manat rüsum onların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-369/2020 18 fevral 2020-ci il Ərizəçi: Ərizəçi1, (Şəki rayonu, Baş Zəyzid kəndi) Ərizəçi2 (Şəki rayonu, Baş Zəyzid kəndi) Maraqlı şəxs: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (Şəki şəhəri, Heydər Əliyev prospekti) Şəki Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2 (075)-369/2020 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 02 vərəqə, 04 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-369/2020 18 fevral 2020-ci il Ərizəçi: Ərizəçi1, (Şəki rayonu, Baş Zəyzid kəndi) Ərizəçi2 (Şəki rayonu, Baş Zəyzid kəndi) Maraqlı şəxs: DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə (Şəki şəhəri, Heydər Əliyev prospekti) Şəki Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2 (075)-369/2020 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar