Məhkəmə qərarları › İş №2(075)-541/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-541/2021

15.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-541/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh “veteran statusunun bərpa edilməsinə”-nə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, onun hüquqlarının bərpa olunması, veteran statusunun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1 və 152.1.3-cü maddələri rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının əvvəllər veteran statusu mövcud olmuş, lakin sonradan o həmin statusdan məhrum edilmişdir. Belə olduğu halda iddiaçı Cavabdehnə qarşı deyil, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldırmalıdır. Lakin öncə o hazırda mübahisələndirdiyi veteran statusunun bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməli, imtina cavabı alacağı halda 1 ay müddəndə Şəki rayon məhkəməsinə deyil, Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibatı Prosessual Məcəlləsinin 2.1-ci madəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarının İİ bölməsinin 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi inzibati orqan hesab edilir. Həmçinin həmin Qərarın İİ bölməsinin 4.1.1 və 4.1.2-ci bəndinə əsasən Cavabdeh də inzibati orqan hesab edilir. Göründüyü kimi İddiaçı oğlu iddia ərizəsi ilə ümumi məhkəmələrə deyil, ərazi üzrə İnzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 265-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh Şöbəsi “veteran statusunun bərpa edilməsinə”-nə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar