Məhkəmə qərarları › İş №2(075)-559/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-559/2021

01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-559/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 “dövlət aktının paylarına münasibətdə onlara məxsus olması” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0096, KOD 40414028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda göstərilən torpaq sahəsinin payına münasibətdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 ərizədə göstərilən tələbi müdafiə edərək göstərdi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən onlara, 5 nəfər ailə üzvü olmaqla birlikdə Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,38 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN:00xx xxx 40414028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onlar həmin torpaq sahəsinə çıxarış almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Onlara bildirilmişdir ki, Kod nömrəsi 40414028, JN-0096 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahiblərinin ata adının səhv qeyd olunduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, aşkar edilmiş nöqsanların aidiyyəti təşkilat tərəfindən səhv və ya düz olmasını təsdiq edən müvafiq sənəd və “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz ərazi idarəsinə təqdim ediləcəyi təqdirdə ərizələrinin icrasına qanunamüvafıq qaydada baxılacaqdır'’. Göründüyü kimi JN:00xx xxx 40414028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında səhvən onun adı Möhlüd əvəzinə Mövlüd kimi, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 ata adları Möhlüd əvəzinə səhvən Mövlüd kimi və Ərizəçi5 adı səhvən X1 göstərilmişdir. X20 kəndində X10, Ərizəçi2 Mövlüd oğlu, Ərizəçi3 Mövlüd oğlu, Ərizəçi4 Mövlüd qızı və X7 adlı heç vətəndaş yoxdur. Odur ki, JN-0096, KOD 40414028 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktrnda səhv qeyd olunmuş Mövlüd adının Möhlüd, soyadların Möhlüd, X4 Ərizəçi5 olduğu üçün JN-0096, KOD 40414023 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktf’nda göstərilən torpaq sahəsinin ona, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qaİmışlar. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 da Ərizəçi1 ilə eyni məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 tələbi əsaslıdır. Belə ki, işdə olan JN-0096, KOD 40414028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən X8, Ərizəçi2 Mövlüd oğluna, Ərizəçi3 Mövlüd oğluna, Ərizəçi4 Mövlüd qızına və X6 cizgidə göstərilən sərhəd daxilində 2,38 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Xİİİ-JQ 636061 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1957-ci il təvəllüdlü X9 atası X16, anası isə X5r. İşdə olan Vİ-JQ 324784 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 ilə X11 arasında xx xxxxxx 1992-ci il tarixdə bağlanmış nikah 56 nömrə ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşdə olan Xİİ-JQ 306292 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1987-ci il tarixdə anadan olmuşdur. İşdə olan XX-JQ 358403 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1994-cü il tarixdə anadan olmuşdur. İşdə olan XX-JQ 261792 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi4 xx xxxx 1996-cı il tarixdə anadan olmuşdur. İşdə olan Şəki şəhər İHB-nın Orta Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 413 nömrəli arayışdan görünür ki, Köbər Zəyzid kəndində daimi qeydiyyatda olan Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 Mönlüd qızının və Ərizəçi5 adı JN 096 №-li Torpaq Aktında texniki səhv üzündən X10, Ərizəçi2 Mövlüd oğlu, Ərizəçi3 Mövlüd oğlu, Ərizəçi4 Mövlüd qızı və X2 qeyd edilmişdir. Köbər Zəyzid kəndində X10, Ərizəçi2 Mövlüd oğlu, Ərizəçi3 Mövlüd oğlu, Ərizəçi4 Mövlüd qızı və X7 adlı vətəndaş qeydiyyatda yoxdur və yaşamır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən ərizəçilərə, 5 nəfər ailə üzvü olmaqla birlikdə Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 2,38 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı onlara JN:00xx xxx 40414028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin müəyyən olundu ki, JN:00xx xxx 40414028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı səhvən Ərizəçi1 adı Möhlüd əvəzinə Mövlüd kimi, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 ata adları Möhıüd əvəzinə səhvən Mövlüd kimi və Ərizəçi5 adı səhvən X1 göstərilmişdir. Əslində isə, JN:00xx xxx 40414028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında adı X3 yazılmış şəxs Ərizəçi1 ilə, Ərizəçi2 Mövlüd oğlu kimi yazılmış şəxs Ərizəçi2 ilə, Ərizəçi3 Mövlüd oğlu kimi yazılmış şəxs Ərizəçi3 ilə, Ərizəçi4 Mövlüd qızı kimi yazılmış şəxs Ərizəçi4 ilə və X1 yazılmış şəxs Ərizəçi5 ilə eyni şəxsdir və torpağa mülkiyyət hüququna dair dövlət aktı paylarına münasibətdə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsusdur. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən verilmiş JN-0096, KOD 40414028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 dövlət büdcəsinə ödədikləri 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Şəki rayonu Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli, 42 nömrəli qərarına əsasən verilmiş JN-0096, KOD 40414028 nömrəli “torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın paylarına münasibətdə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması hüquqi faktı müəyyən edilsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar