Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-561/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, İddiaçı şəxsin doğum haqqında faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 09 sentyabr 2020-ci il traixdə Şəki rayonu, Baş Zəyzid kəndində anadan olması, onun atasının İddiaçı, anasının X6 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə növbəti məhkəmə baxışı iclası bu günə, yəni 01 aprel 2021-ci il tarixə saat 10:00-a təyin edilmişdir. 01 aprel 2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı İddiaçı vəkili X5 da iddia ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq iddia ərizənin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 da iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Həmçinin, cavabdeh Şəki şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməyərək iddiaya baxılmasını istəmədiyini nümayiş etdirmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması barədə məhkəməyə ərizə təqdim etmiş, onun vəkili X5 da iddia ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılaraq iddia ərizənin baxılmamış saxlanılmasını məhkəmədən edir, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 da iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Həmçinin, cavabdeh Şəki şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməyərək iddiaya baxılmasını istəmədiyini nümayiş etdirmişdir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı şəxsin doğum haqqında faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-561/2021 01 aprel 2021-ci il İddiaçı: İddiaçı (Şəki rayonu, Baş Zəyzid kəndi) Cavabdeh: Cavabdeh (Şəki şəhəri, S.Mumtaz küçəsi 1) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs: X4 Şəki rayonu, Baş Zəyzid kəndi Şəki Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında 01 aprel 2021-ci il tarixli, 2(075)-561/2021 saylı qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №2(075)-561/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-561/2021
01.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver