Məhkəmə qərarları › İş №2(075)-567/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-567/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-567/2021 29.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 oğunun hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarına əsasən Şəki rayonu, Baş Göynük kəndi ərazisindən çizgidə göstərilən sərhədlər daxilində 18498,87 kvadrat metr pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon Torpaq Şöbəsi tərəfindən A-054532 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin paylarına münasibətdə onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə növbəti məhkəmə baxışı iclası bu günə, yəni 29 mart 2021-ci il tarixə saat 09:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 29 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasına ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və maraqlı şəxs ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi gəlməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onun iştirakı olmadan baxılmasını tələb etməmiş ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 və maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 257, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi2, Ərizəçi1 və Ərizəçi3 oğunun hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizələri baxılmamış saxlanılsın. Ərizəçilər Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 izah edilsin ki, onlar ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-567/2021 29 mart 2021-ci il Ərizəçilər: Ərizəçi2, Ərizəçi1, Ərizəçi3 (Şəki rayonu, Baş Göynük kəndi) Maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə, (Şəki şəhəri) Şəki Rayon Məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında 29 mart 2021-ci il tarixli, 2(075)-567/2021 saylı qərardadının surəti məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar