Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-577/2021 02.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X4, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikahından dünyaya gəlmiş xx.xx.2005-ci il təvəllüdlü X1 üçün aliment məbləğini artıraraq hər ay üçün 175 manat (bir yüz yetmiş beş) manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Aralarında olan narazılıqlar səbəbindən tərəflərin nikahı Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-893/07 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikah pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2005-ci il təvəllüdlü X15 anası İddiaçı yanında saxlanılmış, onun saxlanması üçün Cavabdeh hər ay 40 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Uzun müddət sonra İddiaçı təkrar olaraq aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiçının ərizəsinə Səbail Rayon Məhkəməsində baxılaraq 2(009)-2115/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə aliment məbləği artırılaraq, X1 üçün Cavabdeh hər ay sabit pul 76 (yetmiş altı) manat məbləğində aliment tutulması qət edilmişdir. Uşaqlar böyüdükcə onların xərcləri də artmaqdadır. Eyni zamanda ölkədə hər il üçün infiliyasiya artmaqdadır. Bundan başqa hər il yaşayış minimumu artır. Aliment kəsilərkən ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 76 manat təşkil edirdi. Həmin müddətdən sonra 10 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddianın təmin edilməsini məhkəmədən xaiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X10 izahat verərək göstərdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2004-cü ildə ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X15 dünyaya gəlmişdir. Tərəflər arasında olan narazılıqlar səbəbindən tərəflərin nikahı Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-893/07 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə nikah pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2005-ci il təvəllüdlü X15 anası İddiaçı yanında saxlanılmış, onun saxlanması üçün Cavabdeh hər ay 40 manat miqdarında alimentin tutularaq X11 verilməsi qət edilmişdir. İddiaçı təkrar olaraq aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiçının ərizəsinə Səbail Rayon Məhkəməsində baxılaraq 2(009)- 2115/2011 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə aliment məbləği artırılaraq, X1 üçün Cavabdeh hər ay sabit pul 76 (yetmiş altı) manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin onlar xx.xx.2005-ci il təvəllüdlü X12 uzun müddətdir ki, görmürlər. Belə ki, onlar Nurlanı 2-3 yaşlarında görmüşlər. Aliment təyin edildikdən sonra uşağı görməmişlər. Alimenti vaxtı vaxtında ödəyirlər. Göstərmişdir ki, övladı Cavabdeh sonradan nikaha girmişdir. Həmin nikahdan da cavabdehin xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X16 adlı uşaqları vardır. Cavabdeh hazırda fəhlə işləyir və aylıq gəliri təxminən 280 manat civarında təşkil edir. Maddi vəziyyəti olduqca aşağıdır. Ailəsini və uşaqlarını çətinliklə dolandırır. Nurlana görə təyin edilmiş aliment miqdarının artırılaraq 100 manat məbləğində müəyyən edilməsinə etiraz etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli, 2-893/07 saylı qətnaməsinin surətindən görünür ki, X14 və İddiaçı arasında xx.xx.2004-cü il tarixdə bağlanmış və Səbail rayon VVADQ şöbəsində 308 № ilə qeydə alınmış nikaha xitam verilməsi, xx.xx.2005- ci ildə anadan olmuş X7 anası İddiaçı Drşad qızının yanında qalması, İddiaçı aliment barədə qarşılıqlı iddiasının tələbi qismən təmin edilməsi, xx.xx.2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmas üçün xx.xx.2007-ci ildən başlayaraq Cavabdeh hər ay 40 (qırx) manat (AZN) miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmşdir. İşdə olan Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(009)-2115/2011 saylı icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh xx xxxx 2011-ci il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 76 (yetmiş altı) manat aliment alınaraq xx xxxxxx 2005-ci ildə anadan olmuş X7 yetkinlik yaşna çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZ-İ 426418 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünürki, Cavabdeh ilə X2 arasında xx xxxxxx 2008-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 267 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ-İİ 375222 və AZ-İİ 895646 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünürki, xx.xx.2009-cu il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası Cavabdeh, anası isə X3r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrini, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının və «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun hazırkı münasibətləri tənzimləyən normalarını rəhbər tutmuşdur. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(009)-2115/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği ilə uşağın saxlanılması üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı qismən artırılmalıdır. Lakin cavabdehin ikinci dəfə nikaha daxil olmasını və həmin nikahdan onun 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi hal-hazırda cavabdehin himayəsində 3 azyaşlı uşaq, ikinci nikahdan olan arvadı və yaşlı valideyinləri vardır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli xx xxxxxx 2005-ci il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(009)-2115/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 100 (yüz) manat məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi təyin edilmiş 100 manat iddianın illik dəyəri 500 manatdan çox edir. Buna görə də Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(009)-2115/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 100 (yüz) manat sabit pul məbləğində müəyyən edilsin və həmin aliment tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-577/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-577/2021
02.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver