Məhkəmə qərarları › İş №2(075)-628/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-628/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-628/2021 21.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi, İddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun nümayəndəsi X2, Cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızının nümayəndəsi X4 iştirakları ilə İddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızına qarşı aliment öhdəliyindən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki və rəsmi olaraq onun himayəsinə verilmiş 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2 (075)-3545/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi, həmçinin həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 26 dekabr 2019-cu il tarixdən sonrakı dövr üçün hesablanmış aliment borcunun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızı ilə 09 avqust 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirəklə ailə qurmuşdur. Birgə nikahdan onların 06 oktyabr 2006-cı il tarixdə Aysu və 15 may 2009-cu il tarixdə Rəhman adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hal-hazırda iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızından ayrı yaşayır. Tərəflər ayrıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə yaşadıqları dövrdə anadan olmuş uşaqları-06 oktyabr 2006-cı il təvəllüdlü X11 və 15 may 2009-cu il təvəllüdlü X9 anaları Şərifova (Məmmədova) Günay Riyazət qızının himayəsində saxlanılmışlar. Cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızının atası 15 may 2009-cu il təvəllüdlü X7 31 yanvar 2020-ci il tarixdə iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğluna təhvil vermişdir. Cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızı hazırda digər uşağı ilə birlikdə Türkiyə Respublikasında yaşayır. Həmçinin, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu da 15 may 2009-cu il təvəllüdlü X5 özünün yanında saxlanılmasını üçün məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsinə əsasən 15 may 2009-cu il təvəllüdlü X5 rəsmi olaraq da iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun himayəsinə verilməsi qərara alınmışdır. Lakin, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu 31 yanvar 2020-ci il tarixdən faktiki olaraq himayəsində olan və rəsmi olaraq məhkəmə qətnaməsi ilə himayəsinə verilmiş uşaq üçün aliment ödəyir. Buna görə də iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun iddiası əsaslıdır və iddianı müdafiə edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Şərifova (Məmmədova) Günay Riyazət qızının nümayəndəsi X10 iddianı qismən qəbul edərək göstərdi ki, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızı ilə 09 avqust 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirəklə ailə qurmuşdur. Birgə nikahdan onların 06 oktyabr 2006-cı il tarixdə Aysu və 15 may 2009-cu il tarixdə Rəhman adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hal-hazırda iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızından ayrı yaşayır. Tərəflər ayrıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə yaşadıqları dövrdə anadan olmuş uşaqları-06 oktyabr 2006-cı il təvəllüdlü X11 və 15 may 2009-cu il təvəllüdlü X9 anaları Şərifova (Məmmədova) Günay Riyazət qızının himayəsində saxlanılmışlar. 15 may 2009-cu il təvəllüdlü X9 26 dekabr 2019-cu il tarixdə deyil, 31 yanvar 2020-ci il tarixdə iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğluna təhvil vermişdir. Buna görə də iddianı icra sənədi üzrə 31 yanvar 2020-ci il tarixdən sonrakı dövr üçün hesablanmış aliment borcunun hesabından silinməsi hissəsində qəbul edir. Göstərilənləri nəzərə alaraq qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2 (075)-3545/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən Şərifova (Məmmədova) Günay Riyazət qızı ilə Şərifli (Şərifov) Tehran Rəhman oğlunun arasında 09 avqust 2004cü il tarixdə Səadət Sarayında bağlanmış 1787 nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları - 06 oktyabr 2006-cı il təvəllüdlü X11 və 15 may 2009-cu il təvəllüdlü X5 anaları Şərifova (Məmmədova) Günay Riyazət qızının himayəsində saxlanılması, 06 oktyabr 2006-cı il təvəllüdlü X11 və 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Şərifli (Şərifov) Tehran Rəhman oğlundan hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat olmaqla, cəmi 200 manat məbləğində alimentin tutularaq Şərifova (Məmmədova) Günay Riyazət qızına verilməsi və aliment tutulmasının əvvəlinin 16 iyul 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2 (075)-333/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu ilə cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızının birgə nikahdan anadan olmuş uşağı-15 may 2009-cu il təvəllüdlü X5 iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun himayəsinə verilməsi qərara alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin Pirimlər məhəllə nümayəndəsinin 20 may 2021-ci il tarixli, 117 nömrəli arayışında göstərilmişdir ki, X9 31 yanvar 2020-ci il tarixdən babası X6 ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı aydın oldu ki, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızı ilə 09 avqust 2004-cü il tarixdə nikahlarını rəsmiləşdirəklə ailə qurmuşdur. Birgə nikahdan onların 06 oktyabr 2006-cı il tarixdə Aysu və 15 may 2009-cu il tarixdə Rəhman adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində olsalar da, sonradan münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hal-hazırda iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızından ayrı yaşayır. Tərəflər ayrıldıqdan sonra Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə yaşadıqları dövrdə anadan olmuş uşaqları-06 oktyabr 2006-cı il təvəllüdlü X11 və 15 may 2009-cu il təvəllüdlü X9 anaları Şərifova (Məmmədova) Günay Riyazət qızının himayəsində saxlanılmışlar. Cavabdeh Şərifova (Məmmədova) Günay Riyazət qızının atası 15 may 2009-cu il təvəllüdlü X7 31 yanvar 2020-ci il tarixdə iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğluna təhvil vermişdir. İddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu da 15 may 2009-cu il təvəllüdlü X5 özünün yanında saxlanılmasını üçün məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsinə əsasən 15 may 2009-cu il təvəllüdlü X5 rəsmi olaraq da iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun himayəsinə verilməsi qərara alınmışdır. Hazırda iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu 31 yanvar 2020-ci il tarixdən faktiki olaraq himayəsində olan və rəsmi olaraq məhkəmə qətnaməsi ilə himayəsinə verilmiş uşaq üçün aliment ödədiyini əsas göstərərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi də 15 may 2009-cu il təvəllüdlü X5 26 dekabr 2019-cu il tarixdə deyil, 31 yanvar 2020-ci il tarixdə iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğluna təhvil verildiyini bildirərək iddianı icra sənədi üzrə 31 yanvar 2020-ci il tarixdən sonrakı dövr üçün hesablanmış aliment borcunun hesabından silinməsi hissəsində qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideyinlərini tanımaq və onların qayğısından istifadə etmək, uşaqların maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən valeyinlərin nikahlarının pozulması və ya etibarsız sayılması, valeyinlərin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valdeynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 27-ci maddəsinə qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyin (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsində göstərilir ki, valideyinlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə araşdırması zamanı aydın oldu ki, 15 may 2009-cu il təvəllüdlü X9 31 yanvar 2020-ci il tarixdə iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğluna təhvil verilmiş, həmin uşağın qayğıları ilə atası maraqlanmış və onun maddi ehtiyacları məhz atası tərəfindən ödənilmişdir. İşin bu halı iş materiallarına əlavə edilmiş məhkəmə qətnaməsində müəyyən edilmiş hallarla yanaşı, tərəflərin izahatları və iş üzrə verilmiş arayışla da öz təsdiqini tapmışdır. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli qətnaməsinə əsasən 15 may 2009-cu il təvəllüdlü X5 rəsmi olaraq da iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun himayəsinə verilməsi qərara alınmış, həmçinin 15 may 2009-cu il təvəllüdlü X9 31 yanvar 2020-ci il tarixdən atasının yaşadığı ünvanda atası ilə birlikdə qalmış, onun maddi ehtiyaclarını atası ödəmişdir. İşin bu halını cavabdehin nümayəndəsi də etriaf edir. Belə olan halda cavabdehin xeyrinə faktiki olaraq himayəsində olmadığı bir dövr üçün 15 may 2009-cu il təvəllüdlü X1 üçün aliment tutulması əsaslı hesab edilə bilməz. Buna görə də iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu faktiki və rəsmi olaraq onun himayəsinə verilmiş 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2 (075)- 3545/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsini və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 31 yanvar 2020-ci il tarixdən sonrakı dövr üçün 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanmış aliment borcu iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun hesabından silinməsini tələb etməkdən haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu faktiki və rəsmi olaraq onun himayəsinə verilmiş 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2 (075)-3545/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilməli və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 31 yanvar 2020-ci il tarixdən sonrakı dövr üçün 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanmış aliment borcu iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun hesabından silinməli, iddia tələbinin qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. İddia qismən təmin edildiyindən və tələb etmədiyindən iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlu faktiki və rəsmi olaraq onun himayəsinə verilmiş 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2 (075)-3545/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment öhdəliyindən azad edilsin və həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə 31 yanvar 2020-ci il tarixdən sonrakı dövr üçün 15 may 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanmış aliment borcu iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi ilə bağlı ödədiyi dövlət rüsumu iddiaçı Şərifov (Şərifli) Tehran Rəhman oğlunun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-628/2021 21 may 2021-ci il İddiaçı: Şərifov (Şərifli) Tehran Rəhman oğluna (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) İddiaçının nümayəndəsi: X3 (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) Cavabdeh: Şərifova (Məmmədova) Günay Riyazət qızına (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) Cavabdehin nümayəndəsi: X8 (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2 (075)-628/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəqə, 05 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-628/2021 21 may 2021-ci il İddiaçı: Şərifov (Şərifli) Tehran Rəhman oğluna (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) İddiaçının nümayəndəsi: X3 (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) Cavabdeh: Şərifova (Məmmədova) Günay Riyazət qızına (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) Cavabdehin nümayəndəsi: X8 (Şəki şəhəri, G.Vahabova küçəsi ev 2/6) Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2 (075)-628/2021 saylı qətnaməsindən çıxarış məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar