Məhkəmə qərarları › İş №2(075)-64/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-64/2021

12.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər - Mənəv
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-64/2021 12.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı «etibarnamənin ləğvi, avtomobilin qaytarılması, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli ƏN-Vİİ 216494 nömrəli 7E-113 reyestr nömrəs ilə qeydə alınmış etibarnamənin, Şəki 8 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi və həmin şöbə tərəfindən tərəfindən “Opel Omega” markalı, **-CB-*** qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh3 adına verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab olunaraq ləğv edilməsi, “Opel Omega” markalı, **-CB-*** qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 alınıb ona verilməsi, həmin avtomobilin özü olmadıqda isə onun dəyəri olan 6000 (altı min) manat, habelə əldən çıxamış faydaya görə 4500 (dörd min beş yüz) manat məbləğində pulun və mənəvi zərərə görə 20000 (iyirmi min manat) məbləğində təzminatın, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2ndən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə birlikdə xx xxxxxx 2020-ci tarixdə daxil olmuş ərizəsində “Opel Omega” markalı **-CB-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, həmin avtomobil üzərində müəyyən hərəkətləri etməyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və başqa şəxslərə qadağan etmək, habelə həmin avtomobilin DYP-nin müvəqqəti duracağına yerləşdirilməsi tədbirlərinin görülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1308/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, hazırkı iddia tələbinə baxılıb iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, “Opel Omega” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla həmin avtomobil üzərində müəyyən hərəkətləri etməyi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və başqa şəxslərə qadağan edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin sonuncu məhkəmə baxış iclası bu günə, yəni xx xxxxxx 2021-ci il tarixə, saat 12:00-a təyin edilmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı «etibarnamənin ləğvi, avtomobilin qaytarılması, maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə iddiаdаn imtinа etdiyini bildirmiş, iş üzrə icrааtа xitаm verilməsini xаhiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi məhkəmə iclasında iştirak etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərardad çıxarır; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinasının qanuna zidd olması, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halı müəyyən edilmədiyindən qəbul edilməli, mülki iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 162.2-ci maddəsinə əsasən iddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. İş üzrə icraata xitam verildiyindən məhkəmə hesab edir ki, iddianın təmini tədbirinin tətbiqinə zərurət aradan qalxmışdır və bu səbəbdən də Şəki Rayon Məhkəməsinin 2(075)- 1308/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilməli və “Opel Omega” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsının MPM-nin 52, 261.0.4, 263- 264, 266-268-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə QƏRАRА АLDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2nə qarşı «etibarnamənin ləğvi, avtomobilin qaytarılması, maddi və mənəvi ziyan» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qanuni qüvvəsini aldıqdan sonra Şəki Rayon Məhkəməsinin 2(075)- 1308/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə tətbiq edilmiş iddianın təmini tədbiri ləğv edilsin və “Opel Omega” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərаrdаddаn, surəti rəsmi qаydаdа verildikdən sоnrа 10 (on) gün müddətində Şəki Rаyоn Məhkəməsinə şikаyət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver