Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-650/2021 07.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 156.00 manat əsas, 0 manat faiz, 23.40 manat cərimə borcu olmaqla, cəmi 179.40 manat borc və 20.40 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı məhkəməyə 26 aprel 2021-ci il tarixdə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış 23 may 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh satış qiyməti 456 manat olan məhsul əldə etmiş, borc məbləğini 6 ay müddətinə ödəməyi (6 ay X 76 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə İddiaçı MMC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair müqaviləyə əsasən öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun tələb etmək hüququ İddiaçı-yə ötürülmüşdür. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 11 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23 may 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı-yə 156.00 manat əsas və 23.40 manat cərimə borcu vardır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış 23 may 2020-ci il tarixli, ALK000070 saylı nisyə alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh satış qiyməti 456 manat olan məhsul əldə etmiş, borc məbləğini 6 ay müddətinə ödəməyi (6 ay X 76 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə İddiaçı arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair müqavilədən görünür ki, öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə borcun tələb etmək hüququ İddiaçı MMC-yə ötürülmüşdür. İş materiallarında olan 11 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı-yə 23 may 2020-ci il tarixli, ALK000070 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 156.00 manat əsas və 23.40 manat cərimə borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, öz nizamnaməsi əsasında fəaliyyət göstərən fiziki şəxs «X1» ilə Cavabdeh arasında bağlanmış 23 may 2020-ci il tarixli, ALK000070 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satış qiyməti 456 manat olan məhsul əldə etmiş, borc məbləğini 6 ay müddətinə ödəməyi (6 ay X 76 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. Nisyə alqı-satqı müqaviləsi əsasında satıcı tərəfindən alıcıya müqavilə predmeti verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı tərəfindən Cavabdeh müqavilə predmeti verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı qalıq qalmış borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 23 may 2020-ci il tarixli, ALK000070 saylı müqavilə üzrə 23.40 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 156.00 manat əsas, 0 manat faiz, 10.00 manat cərimə borcu olmaqla, cəmi 166.00 manat borc alınaraq İddiaçıyə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı-yə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 156.00 manat əsas, 0 manat faiz, 10.00 manat cərimə borcu olmaqla, cəmi 166.00 manat borc alınaraq İddiaçı-yə ödənilsin. İş üzrə ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-650/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-650/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver