Məhkəmə qərarları › İş №2(075)-660/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-660/2021

23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-660/2021 23.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəyə müraciət edərək, onun 1979-cu ilin dekabr ayının 16-da Şəki rayonu Təpəcənnət kəndində doğulma faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək göstərdi ki, o, Şəki rayon Təpəcənnət kəndində xx xxxxxx 1979- cu il tarixdə doğulmuşdur. Ailədə 7 qardaş və 1 bacı olmuşlar. O, ailədə 6-cı uşaqdır. Özünün də 4 uşağı vardır. Lakin onun adına doğum haqqında şəhadətnamə tətib edilməmişdir. Övladına şəxsiyyət vəsiqəsi almaq üçün Şəki Regional "Asan Xidmət” Mərkəzinin şəxsiyyət vəsiqəsi şöbəsinə getmiş orada ona bildirilmişdir ki, onun özünə məxsus doğum şəhadətnaməsini təqdim edə bilmir və onun doğumu barədə məlumatlar elektron bazaya daxil edilməmişdir. Bununla əlaqədar Maraqlı şəxsnə yaxınlaşması tövsiyyə edilmişdir. O, Maraqlı şəxsnə gedərək təkrar doğum şəhadətnaməsinin ona verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs onun müraciətinə cavab olaraq bildirmişdir ki, Şəki Qeydiyyat şöbəsinin arxivində X3 məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. Buna görə də doğum haqqında təkrar şəhadətnamənin verilməsi, həmçinin onun doğum faktının qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim edə bilmədiyinə görə doğum qeydiyyatının aparılması mümkün deyildir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X2 bildirmişdir ki, onun Ərizəçi 1979cu ilin dekabr ayının 16-da Şəki rayonu Təpəcənnət kəndində doğulma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o ərizəçinin qardaşıdır. Onlar ailədə 7 qardaş və 1 bacıdırlar. O ailənin ən böyük oğludur. Qardaşı Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olmuşdur. Lakin doğum haqqında şəhadətnaməsi yoxdur. Bua baxmayaraq qardaşı Ərizəçi şəxsiyyət vəsiqəsində və ona məxsus digər sənədlərdə onun xx xxxxxx 1979-cu il tarixdə Şəki rayonu, Təpəcənnət kəndində anadan olması qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 da şahid X4 ilə eyni məzmunda ifadə verdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə şəki rayonu, Təpəcənnət kəndində anadan olmuşdur. İşdə olan AO seriyalı, ******* nömrəli Şəki hərbi Komisarlığından verilmiş hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, X7 xx xxxxxx 1979-cu ildə Şəki rayonu Təpəcənnət kəndində doğulmuşdur. İşdə olan AZ-İ 143043 seriya nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1979-cu il tarixdə Şəki rayonu, Təpəcənət kəndində doğulmuş Ərizəçi ilə X12 arasında xx xxxxx 2005-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki şəhər İHB-nın Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 159 nömrəli arayışdan görünür ki, X7 xx xxxxxx 1979-cu ildə şəki raypnu Təpəcənnət kəndində anadan olmuşdur və hal-hazırda daTəpəcənnət kəndində yaşayır. İşdə olan AZ-İ 598349, AZ-İ699768, AZ-İİİ 001505 və AZ-İV 137101 seriya nömrəli doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2004-cü il təvəllüdlü X8, xx xxxx 2005-ci il təvəllüdlüUğurluyeva Gülnarə Tural qızının, xx xxxx 2010-cu il təvəllüdlü X10 və xx xxxx 2018-ci il təvəllüdlü X9 ataları Ərizəçi, anaları isə X5r. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə Şəki rayonunun Təpəcənnət kəndində doğulması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1979-cu il tarixdə Şəki rayonunun Təpəcənnət kəndində doğulması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar