Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-665/2021 22.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2019-cu il tarixli, AGNPU-0575 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4166,91 (dörd min bir yüz altmış altı manat 91 qəpik) manat, faiz borcuna görə 44,73 (qırx dörd manat 73 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 4211,64 (dörd min iki yüz on bir manat 64 qəpik) manat məbləğində pu.un və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək göstərdi ki, iddiaçı "İddiaçı" ASC-nin Ağcabədi filialı ilə cavabdeh - Cavabdeh arasında bağlanmış xx xxx 2019-cu il tarixli, AGNPU-0575 KMP saylı kredit müqaviləsinə əsasən illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4168,59 (dörd min bir yüz altmış səkkiz tam yüzdə əlli doqquz ) manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin
2. L; 2.3.; 2.4 bəndləri). 14 ay 2019-cu il tarixli, AGNPU-0575 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, AGNPU-0575 KMP saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 14-dan gec olmayaraq hər ay 71,26 (yetmiş bir manat 26 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdehnun xx xxx 2019-cu il tarixli, AGNPU-0575 KMP saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 4166,91 (dörd min hir yüz altmış altı manat 91 qəpik) manat, faiz borcuna görə 44,73 (qırx dörd manat 73 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 4211,64 (dörd min iki yüz on bir manat 64 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan xx xxx 2019-cu il tarixli, AGNPU-0575 KMP saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 4166,91 (dörd min bir yüz altmış altı manat 91 qəpik) manat, faiz borcuna görə 44,73 (qırx dörd manat 73 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 4211,64 (dörd min iki yüz on bir manat 64 qəpik) manat, cəmi 4211,64 (dörd min iki yüz on bir manat 64 qəpik) manat pul tutulmalıdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh illik 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4168,59 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx xxx 2019-cu il tarixli, AGNPU-0575_ KMP saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2021-ci il tarixə 4166,91 manat əsas, 44,73 manat faiz olmaqla, cəmi 4211,64 manat borcu vardır. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki İddiaçı ASC ilə Cavabdeh ilə arasında bağlanmış xx xxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 1 % (bir) faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 4168,59 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4166,91 manat əsas, 44,73 manat faiz borcu olmaqla, cəmi 4211,64 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4166,91 manat əsas, 44,73 manat faiz borcu olmaqla, cəmi 4211,64 manat borc və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov