Məhkəmə qərarları › İş №2(075)-701/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-701/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-701/2021 22.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin edilmiş aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı məhkəməyə xx xxxxx 2021-ci il tarixdə ərizə göndərərək, ağır stenokardiya xəstəliyindən əziyyət çəkdiyini, ona görə də üzrlü səbəbdən məhkəmədə iştirak edə bilmədiyini bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxx 2003-cü il tarixdə qeyri-rəsmi ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx xxx 2004cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlu adlı uşaqları olmuşdur. Sonradan münasibətləri pozulmuşdur. Hazırda uşaqlar onun himayəsindədir. Şəki Rayon Məhkəməsinin 2(075)- 12920/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmri ilə xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları məqsədilə Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat aliment məbləğinin tutularaq ona verilməsi qət edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən çıxarılmış məhkəmə əmrində qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh Şəki Dövlət Regional Kollecində fortepiano müəllimi işləyir və 520 manat əmək haqqı alır. Lakin uşaqların saxlanılmaları üçün heç bir əlavə köməklik etmir. O, uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək təklikdə ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxx 2004-cü il tarixdə Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il tarixdə Məhərrəmzadə Ruad Rifai oğlu adlı uşaqları anadan olmuşdur. Şəki Rayon Məhkəməsinin 2(075)-12920/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmri ilə xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olması və uşaqların tələbatlarının artmasını ilə əsaslandırmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-12920/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmrindən görünür ki, xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun anaları Cavabdeh, ataları isə İddiaçıdur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN tərəfindən verilmiş arayışdan görünür ki, xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu sağlamlıq imkanları məhdud olmaqla, ona “aşağı ətrafın osteoxandropatiyası (X2 xəstəliyi). Anadangəlmə sağ aşağı ətrafın bud sümüyünün 8 sm qısa olması. Aşağı ətrafların hərəkət və yerişin pozğunluğu. Axsaqlıq” diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası ƏƏSMN tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlu sağlamlıq imkanları məhdud olmaqla, ona “allergik komponentin üstünlüyü lə müşahidə olunan astma. Bronxial astma atopik forma tez-tez təkrarlanan boğulma tutulmaları ilə. Hormondan asılı vəziyyət. Xroniki respirator çatışmazlıq. Xroniki tənəffüs çatışmazlığı İİ dərəcə. Digər allergik ritinlər. Qidalanma ilə bağlı olan digər dəqiqləşdirilmiş anemiyalar” diaqnozu qoyulmuşdur. İşdə olan “Elektron Məhkəmə Sistemi”ndən çıxarışdan görünür ki, Cavabdeh “Şəkili Ələsgər adına X1”nda müəllim işləyir və aylıq əmək haqqı 740.50 manatdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatları, İddiaçı Şəki Rayon Məhkəməsinin 2(075)-12920/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği ilə uşaqların saxlanılmaları üçün artan tələbatı ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 2(075)-12920/2016 nömrəli, xx xxxxxx 2016-cı il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməli, aliment tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, əsassız olduğundan iddianın qalan hissəsi təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxx 2004-cü il təvəllüdlü Məhərrəmzadə Rəvan Rifai oğlu və xx xxxxxx 2006-cı il təvəllüdlü Məhərrəmzadə Ruad Rifai oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar