Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-711/2021 01.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu, İddiaçı Cavabdeh İB X1 İstismar idarəsinə qarşı “aktın ləğvi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat miqdarında yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək belə nəticəyə gəlinir ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları ərizədə göstərilməlidir. İddia ərizəsində cavabdehin adı göstərilsə də, poçt ünvanı göstərilməmişdir. MPM-nin 150.0.5-ci maddəsinin tələbinə görə iddiaçının öz tələbini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Hazırki iddia ərizəsində isə cavabdehin poçt ünvanı barədə məlumat əks olunmamışdır. Məhkəmə həmçinin bu xüsusatla bağlı qeyd edir ki, cavabdehin rəsmi qeydə alındığı yer barədə məlumatın olmaması, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsini, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada cavabdehə təqdim edilməsinin mümkünlüyünü şübhə altında qoyur. Halbuki, MPM-nin 134 və 168.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərə (cavabdehə) iddia ərizəsi və ona əlvə edilmiş sənədlərin rəsmi qaydada verilməsi təmin olunmalıdır. Göründüyü kimi iddiaçı iddia ərizəsində cavabdeh qismində Cavabdeh İB X1 İstismar idarəsini göstərmişdir. Cavabdeh İB hüquqi şəxsdir və Cavabdeh İB X1 İstismar idarəsi onun törəmə müəssisəsidir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar da müəssisənin özünə qarşı, yəni hazırki vəziyyətdə Cavabdeh İB-nə qarşı yönəlməlidir. Belə olduğu halda Cavabdeh İB X1 İstismar İdarəsini Cavabdeh İB ilə əvəz etməli və cavabdeh hüquqi şəxsin poçt ünvanını iddia ərizəsində göstərməlidir. MPM-nin 152.1, 152.1.17-ci maddəsinin tələbinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə belə hesab edir ki, ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, Qərara aldı: İddiaçı Cavabdeh İB X1 İstismar idarəsinə qarşı “aktın ləğvi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-711/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-711/2021
01.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver